Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikaha girən 170-180 min şəxs müayinədən keçəcək



"2013-2014-cü illərin statistikası göstərir ki, bir ilə orta hesabla ölkədə 85-90 min nikah qeydə alınır. Bu isə 170 -180 min şəxsin müayinə olunması deməkdir"


Bunu Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirib. Onun sözlərinə görə, bunlardan 24 faizi Bakının, 76 faizi regionların payına düşür.
 
Orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180 yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir.
 
Səhiyyə naziri Oqtay Şirəliyev isə nikahdan əvvəl icbari tibbi müayinənin əhali üçün, gələcək nəsil üçün, bir çox xəstəliklərin vaxtından əvvəl aşkarlanması baxımından böyük əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən layihənin işlənib hazırlanması baxımından bütün lazımı tədbirlər yüksək səviyyədə hazırlanıb. Yerlərdə bu işin səmərəliliyin artırılması, yeni ailə qurmaq arzusunda olan, xoş əhval-ruhiyyədə müraciət etmiş gənclər elə xoş əhval-ruhiyyə ilə də qarşılanmalı, lazımi qaydada, yüksək səviyyədə müayinə olunmalıdırlar. Qeydiyyat, genetik müayinə, avadanlıqların alınması, görülən işlər, cəlb olunmuş mütəxəssislər bütün bunlar əhalinin sağlam gələcəyi üçün atılan addımlardır və hər bir kəs öz işinin öhdəsindən layiqincə gəlməyi bacarmalıdır.
 
Nazir dövlət və ya özəl tibb müəssisələrinə rəhbərlərinə əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmağı tapşırıb və işlə təminat, xəstəlik problemləri ilə əlaqədar istənilən müraciətin cavabsız qalmamasına, diqqətlə nəzərdən keçirilməsinə və ünvanlı şəkildə araşdırılmasına dair göstərişlər verib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar