Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niderland Rusiyanın Şimal dənizində təxribat hazırlığı ilə bağlı xəbərdarlıq edib

Niderlandın Kəşfiyyat İdarəsi (MIVD) bildirib ki, Rusiya Şimal dənizində enerji infrastrukturunu sabotaj etməyə cəhd edə bilər...

Poliqon.info xəbər verir ki, bu barədə Financial Times Niderlandın Kəşfiyyat İdarəsi hesabatına istinadən məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, Rusiya Şimal dənizində sualtı kabellər, külək stansiyaları və qaz kəmərlərində casusluq və təxribata hazırlıqla məşğuldur.

MIVD-nin rəhbəri general Yan Svillens mətbuat konfransında bildirib ki, son aylarda Şimal dənizində enerji infrastrukturunun xəritəsini çəkməyə cəhd edən bir gəmi aşkar edilib. Svillensin sözlərinə görə, gəmi Niderland donanmaları və Sahil Mühafizəsi tərəfindən müşayiət olunduğundan tapşırığı yerinə yetirə bilməyib.

Kəşfiyyat dəniz infrastrukturu operatorlarına təhlükəsizlik və davamlılıq tədbirlərini gücləndirməli olduqlarını söyləyib.

Qeyd edək ki, sentyabrda Baltik dənizində “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd qolundan üçü partladılıb. İsveç və Danimarkadakı təhqiqat hələlik partlayışlarla bağlı araşdırmanın nəticələri barədə məlumat verməyib. Rusiya anqlo-saksonları təxribatda ittiham etdi. Alman və Polşa siyasətçiləri partlayışları Rusiyanın təşkil edə biləcəyini güman ediblər.

Partlayışlardan qısa müddət sonra Vladimir Putin enerji obyektlərində növbəti təxribatın mümkünlüyünü istisna etməyib.

“İndi dünyanın hansı hissəsində yerləşməsindən, ona kimin nəzarət etməsindən, dənizin dibində və ya quruda, quruda olmasından asılı olmayaraq istənilən kritik nəqliyyat, energetika və ya kommunikasiya infrastrukturu obyekti təhlükə altındadır”, deyə Rusiyanın prezidenti bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar