Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

"HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə gecə yuxuda ölüb və raket zərbəsi nəticəsində uçmuş divarların qalıqları altında qalıb"...

Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti"yə müsahibəsində Fələstinin HƏMAS hərəkatının İrandakı nümayəndəsi və baş verənlərin şahidi Xalid əl-Qəddumi danışıb.

O, Haniyə ilə eyni evdə, lakin iki mərtəbə aşağıda gecələyib.

"Təxminən saat 1:37-də sanki binaya nəsə dəydi. Mən düşündüm ki, bəlkə zəlzələ olub və ya şimşək çaxıb. Amma ağlıma gəlmədi ki, bu, qətl ola bilər", - deyə əl-Qəddumi xatirəsini bölüşüb.

Onun sözlərinə görə, otaqdakı hamam dağılıb, tüstü görünüb. Əl-Qəddumi nə baş verdiyini soruşmaq üçün küçəyə çıxanda ona Haniyənin öldüyünü bildiriblər. 25 dəqiqədən sonra ona HƏMAS liderinin otağına getməyə icazə verilib. Otaq dördüncü mərtəbədə yerləşib, iki xarici divar dağılıb və içəri çöküb. Bütün otaq dağıntılarla dolu olub, Haniyənin cəsədinin bir hissəsi dağıntıların altında olub. Qonşu otaqda Haniyənin mühafizəçisinin cəsədi olub.

Əl-Qəddumi qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra, qətlin baş verdiyi gün axşam Haniyə siyasətçi ilə birlikdə şam yeməyi yeyib. Ölümündən əvvəlki son saatlarda o, HƏMAS nümayəndə heyətinin digər üzvləri ilə Livanın "Hizbullah" hərəkatının komandiri Fuad Şükürün ölümünü müzakirə edib. Binaya raket düşəndə isə Haniyə yuxulu olub.

Xatırladaq ki, iyulun 31-də İsmayıl Haniyə Tehranda gecələdiyi evə raketin birbaşa düşməsi nəticəsində öldürülüb. O, ölkənin yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Relsin üzərində uzandı, qatar üstündən keçdi

Ən çox oxunanalar