Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Fransanın hərəkətlərinə dünya miqyasında hüquqi qiymət verilməlidir...

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların Bakıda birinci qurultayı keçirilib...

Zeynal Əmrəliyev: “Fransa orada xalqlara zülm, işgəncə verir və uzun müddətdir ki, onların sərvətlərini istismar edir”.

“Tədbirin keçirilməsinin Fransa-Azərbaycan münasibətlərinə təsiri Fransanın atacağı addımlardan bəlli olacaq”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Bakıda Fransanın müstəmləkəçilik siyasətinə qarşı keçirilən tədbiri Poliqon-a şərh edərkən qeyd edib.

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan partiya və müstəqillik hərəkatı üzvlərinin Bakıda birinci qurultayı keçirilib.

Bu quqrultayın əhəmiyyəti nədən ibarətdir və qurultayın Bakıda keçirilməsi Fransa-Azərbaycan münasibətlərində artıq körpülərin yanmasından xəbər verirmi?

Fransa-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Əgər Fransa öz hərəkətlərinə dönüş edərsə, digər xalqlarla münasibətlərini yaxşılaşdırarsa və Azərbaycana qarşı tutduğu sərt mövqedən çəkinərsə, Paris və Bakı arasındakı münasibətlər normallaşa bilər”.

Fransanın müstəmləkəçilik siyasəti nəyinki həmin ölkələrin özlərini məhv etmək, həmçinin həmin ərazidə yaşayan millətlərin də fiziki məhvinə səbəb olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycan dünyada müstəmləkəçilik siyasətinə qarşı duran əsas dövlətlərdən biridir:

“Hal-hazırda dünyada Fransa tərəfindən müstəmləkəçilik siyasəti geniş vüsət alıb. Çox təəssüflər olsun ki, bu siyasətin başında özünü Avropanın demokratik ölkəsi adlandıran Fransa durur. Fransa uzun müddətdir ki, okeaniya xalqlarını əziyyət içərisində saxlayır.

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda möhtəşəm tədbir keçirildi. Bu tədbirdə də Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olanlar iştirak etdilər. Bu adalarda yaşanları görəndə biz Fransanın orada necə siyasət həyata keçirdiyinin şahidi oluruq. Yəni Fransa orada xalqlara zülm, işgəncə verir və uzun müddətdir ki, onların sərvətlərini istismar edir.

Həmin ölkələr iqtisadi imkanları, iqlim resursları baxımından çox zəngin ölkələrdir. Ancaq Fransanın müstəmləkəçilik siyasəti nəyinki həmin ölkələrin özlərini məhv etmək, həmçinin həmin ərazidə yaşayan millətlərin də fiziki məhvinə səbəb olur. Buna görə də, Azərbaycan dünyada müstəmləkəçilik siyasətinə qarşı duran əsas dövlətlərdən biridir.

Zeynal Əmrəliyev: “BMT səviyyədə Fransanın müstəmləkəçilik siyasətinin qarşısı alınmalıdır”.

Tədbirin keçirilməsinin Fransa-Azərbaycan münasibətlərinə təsiri Fransanın atacağı addımlardan bəlli olacaq. Fransanın hərəkətlərinə dünya miqyasında hüquqi qiymət verilməlidir. Yəni BMT səviyyədə Fransanın müstəmləkəçilik siyasətinin qarşısı alınmalıdır. Bu barədə Fransaya dəfələrlə xəbərdarlıq edilib. Amma Fransa öz bildiyini edir.

Əgər Fransa öz hərəkətlərinə dönüş edərsə, digər xalqlarla münasibətlərini yaxşılaşdırarsa və Azərbaycana qarşı tutduğu sərt mövqedən çəkinərsə, Paris və Bakı arasındakı münasibətlər normallaşa bilər. Əks halda isə bu münasibətlərin yaxşılmasından söhbət belə gedə bilməz”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar