Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Prezidenti Oksfordda Finlandiya Prezidenti ilə görüşüb - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb...

Poliqon xəbər verir ki, görüşdə Finlandiya Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri qismində regiona səfərini və bu yaxınlarda dövlətimizin başçısı ilə telefon danışığını məmnunluqla xatırladı, bu telefon danışığı əsnasında müzakirə olunan məsələləri qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Finlandiya arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar məsələlərə toxunuldu.

Dövlətimizin başçısı sülh gündəliyinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsinin vacibliyini bir daha vurğuladı.

Görüşdə Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olundu.

Finlandiya Prezidenti böyükmiqyaslı tədbir olan COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Aleksandr Stubb bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini deyərək, onun təşkilində Azərbaycana uğurlar arzuladı.

Söhbət zamanı Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə Böyük Britaniyanın təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmamasının təəccüb doğurduğu bildirildi, bunun başadüşülən olmadığı çox böyük təəssüflə qeyd edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.

Bu barədə "Report"un Londona ezam olunmuş əməkdaşı xəbər verir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ən çox oxunanalar