Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İyunda ölkə ərazisində mürəkkəb sinoptik şərait müşahidə olunub

İyun ayında ölkə ərazisində müşahidə olunan hava açıqlanıb...

2024-cü ilin iyun ayında ölkə ərazisində mürəkkəb sinoptik şərait müşahidə olunub. Ay ərzində xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışlar yağıb və tez-tez təkrarlanıb. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, düşən yağıntının miqdarı əksər bölgələrdə normadan çox olub. Abşeron yarımadasında isə ay ərzində maksimal yağıntı iyunun 27-də qeydə alınıb, Sumqayıta 25 mm-ə qədər yağıntı düşüb. Son 10 ilin müşahidə məlumatlarına əsasən belə intensiv yağış 2011-ci ilin iyunun 9-da qeydə alınıb, Bakıya 14 mm, Sumqayıta isə 26 mm yağıntı düşüb.

“Son dövrlər ölkə ərazisində ildırım-dolu prosesinin baş vermə intensivliyi artıb, həmçinin əhatə dairəsi genişlənib. Ötən ilin iyun ayında 43 dəfə dolu düşdüyü halda, bu ilin iyununda 59 dəfə dolu hadisəsi qeydə alınıb”.

Xidmət rəisi qeyd edib ki, iyun ayı yüksək temperatur rejimi ilə də fərqlənib. Ay ərzində havanın temperaturu 28 gün normadan yüksək olub. Lakin ayın sonuna doğru soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində ötən günlərlə müqayisədə temperatur bir qədər enib və 2 gün normadan aşağı olub. İyun ayı ərzində havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da və Aran rayonlarında 40 dərəcəyədək yüksəlib. Orta aylıq temperatur 27.4 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 4.4 dərəcə yüksək olsa da, rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən ən isti hava 2021-ci ilin iyun ayında qeydə alınıb, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib.

“İyun ayının ayrı-ayrı günlərdə küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında iyun ayında sürəti 15 m/s-dən çox olan küləkli günlərin sayı 6 olub, şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-dək güclənib. Bölgələrdə isə 19 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin sürəti 15 m/s-dən çox olub, maksimal sürəti arabir 30 m/s-yə çatıb”.

Poliqon.info


Etiket: İyun Hava


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

Ən çox oxunanalar