Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Övladı ilə söhbəti müzakirələrə səbəb olan psixoloq: "Elə bilirlər ki..." - Video

Tanınmış psixoloq Nizami Orucov sosial şəbəkə hesabında azyaşlı oğlu ilə hamiləlik barədə söhbətini əks etdirən videoya görə tənqid olunmasına münasibət bildirib.

Poliqon xəəbr verir ki, psixoloq Pravda.az-a açıqlamasında deyib ki, oğlu hamiləliklə bağlı sualı həmin video çəkilməzdən əvvəl "McDonald's"da olarkən ona verib.

"Qərara gəldim ki, video çəkib, həmin söhbəti təkrar edək. Oğlumun anası da daxil olmaqla, bəziləri elə bilirlər ki, qurma videodur. Guya uşağa öyrətmişəm ki, mənə belə bir sual versin. Normalda uşaqlar böyüdükcə onlarda dünyaya, aləmə, həyata, həyat proseslərinə maraq, "niyə?, nəyə görə?, necə?" sualları yaranır. Bu suallara cavab almaqla uşaqların dünyagörüşləri, bilikləri formalaşmağa başlayır. Əfsuslar olsun, bizim ölkəmizdə cahillik səbəbindən elə bilirlər ki, bu kimi şeylər uşağa tərbiyəsizliyi öyrətməkdir. Tərbiyəsizlik nədir? Bir qadının hamilə olmasıdırmı? Bir qadının hamiləliyinin necə baş verməsidirmi? Uşağın bu haqda sual verməsi, təbii olaraq maraqlanmasıdırmı? "O ayıbdır, bu ayıbdır, tərbiyəsizlikdir" deyə-deyə kor bir millət halına gəlmişik. Buna görə də yeniyetmələr və gənclər doğru-düzgün sağlam intim həyat yaşaya, ailə planlaşdırılmasını qura bilmirlər. Yəni məlumatlarda böyük boşluqlar var. Uşaq bu haqda soruşdu və mən uşağın yaşını nəzərə alaraq ona üstüörtülü şəkildə bir az cavab verdim. Hə, uşaq böyüdükcə 9-10, 11-12 yaşlarında ona müəyyən prosesləri, məsələn, sperma, qadının reproduktiv dövrü və s. barədə artıq daha açıq şəkildə izah etmək, detallı məlumatlar vermək olar. Bizdə insanlar cinsi, intim tərbiyəni, maarifləndirməni başqa şeylərlə səhv salırlar. Elə bilirlər ki, biz övladlarımıza pornoqrafiya və erotika barədə açıb danışırıq. Videoya yazılan bəzi şərhləri də oxudum. Təəssüf ki, insanlar yanlış şeyləri ayıb bilirlər. Biz gənc nəslə, əsasən də uşaqlara yaşlarına uyğun, onları maraqlandıran hər mövzuda cavab verməliyik. Uşaq hansı mövzu ilə maraqlanırsa, deməli, artıq onun beynində bununla bağlı sorğu var. Biz isə bu sorğuya uşağın yaşına uyğun doğru-düzgün cavab verməliyik ki, onun marağı ölməsin. Bunu deməklə uşaq gedib kimisə hamilə qoymayacaq, yaxud qız övladı hamilə qalmaq istəməyəcək. Sadəcə, uşaq maraqlanır. Bu isə o deməkdir ki, beyni artıq tələbat duyur və biz o tələbatı ödəməliyik", - o bildirib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar