Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın son sanksiyalarından sonra rublun taleyi necə görünür?

Artıq bu gündən Moskva birjasında dolların və avronun satılması dayandırılıb və bundan sonra dollar və avronun satışı birjadan kənarda banklar tərəfindən həyata keçiriləcək...

İqtisadçı-ekspert: “Dünəndən başlayaraq Rusiyada kifayət qədər problem yaşanır. Ölkədə dolların, avronun qiyməti kəskin artıb”.

“Təxminən 120-130 rubl 1 dollar civarında, 140-150 avro da 1 rubl civarında sabitləşə bilər”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları Poliqon-a şərh edərkən qeyd edib.

Dünən ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb. Bu məhdudiyyətlərin içində Moskva birjasında dolların satışını yasaqlayan sanksiya da var. Artıq bu gündən Moskva birjasında dolların və avronun satılması dayandırılıb və bundan sonra dollar və avronun satışı birjadan kənarda banklar tərəfindən həyata keçiriləcək. Son məlumatlara görə isə rublun qiymıtində ucuzlaşma artıq başlayıb. Lakin bəzi ekspertlər hesab edirlər ki, bu müvəqqəti haldır.

ABŞ-ln Moskva fond birjasına tətbiq etdiyi sanksiyanın rubla təsiri hansı olacaq və rublun kəskin ucuzlaşması gözlənilirmi?

Rusiya valyutasında baş verənləri Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Əsas problem nəğd avro və nəğd dollardadır. Onların məzənnəsində kəskin artım olacaq”.

Artıq Rusiyada problemin olduğunu və bundan sonra da bu problemin böyüyəcəyini qeyd edən ekspert Poliqon-a açıqlamasında bildirib ki, son sanksiyalar rublun məzənnəsinə ciddi təsir göstərəcək:

“Dünəndən başlayaraq Rusiyada kifayət qədər problem yaşanır. Ölkədə dolların, avronun qiyməti kəskin artıb. Hətta dünən axşam saatlarında Moskvada 200 rublun 1 dollar olduğu valyutadəyişmə məntəqələri var idi. Amma bunun uzun müddət belə davam edəcəyini düşünmürəm.

Doğrudur, artıq problem var və bundan sonra da bu problemin böyüyəcək. Sanksiyalar rublun məzənnəsinə ciddi təsir göstərəcək. Əsasən də nəğd satışlara, yəni valyuta dəyişmə məntəqələrimə təsir göstərəcək. Çünki banklarda nağdsız valyuta dəyişmə məntəqələri hələ də mövcuddur.

Əsas problem nəğd avro və nəğd dollardadır. Onların məzənnəsində kəskin artım olacaq. Onsuz da, bu baş verdi. Amma indiki səviyyədə qalacağını da düşünmürəm. Bu ajiotajla da bağlı idi. Düşünürəm ki, yaxın günlərdə, həftələrdə məzənnənin sabitləşməsini görəcəyik. Təxminən 120-130 rubl 1 dollar civarında, 140-150 avro da 1 rubl civarında sabitləşə bilər. Əgər Mərkəzi Bankın ehtiyatlarından valyutadəyişmə məntəqələrinə nəğd dollar və avro satışına icazə verilsə, mənə elə gəlir ki, bu daha tez baş verəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Bakı-Qazax yolunda qəza olub, bir nəfər ölüb, 3 uşaq xəsarət alıb - Foto, Yenilənib

Əmək pensiyalarının ödənilməsi xərcləri artırılıb

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

İlham Əliyev: Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir...

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Ən çox oxunanalar