Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qarayara təhlükəsi ilə bağlı dövlət qurumları hərəkətə keçdilər

"Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir"...

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində qarayara diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar:

"Xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda qarayara diaqnozu laborator təsdiq edilib, digər iki xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hazırda, Zaqatala rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir".

***

Zaqatala sakinində qarayara xəstəliyi aşkarlanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Faldarlı kəndində, kənd sakini, 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara xəstəliyinin aşkarlandığı bildirilir.

Məlumata görə, C.Süleymanov Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kənd sakinində qarayara xəstəliyinin aşkarlanması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən APA-nın yerli bürosuna verilən məlumatda fakt təsdiqlənib.

Nümayəndəlikdən verilən məlumata əsasən, kəndin daha iki sakini - 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri özünü büruzə verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan da müvafiq nümunələr götürülüb, laboratoriyada yoxlanmaq üçün göndərilib.

Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam ediliblər.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar