Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Bakı-Vaşinqton əlaqələri daha da inkişaf edəcək...

ABŞ-ın Azərbaycan məmurlarına və hərbiçilərinə qarşı sanksiyalar tətbiq etməsinə ehtimal vermək olar?..

Kamran Məmmədli: “Biz həm qonşu ölkələr ilə, həm Qərb və ABŞ ilə normal əlaqələrin qurulmasının tərəfdarıyıq və zaman-zaman bu ölkələrlə əlaqələrin kəskinləşməsində də biz heç zaman birinci addımı atan tərəf olmamışıq”.

ABŞ bizim üçün həssas olan torpaq, milli dəyərlərimiz və maraqlarımız kimi mövzularda bundan sonra açıq qarşı mövqe nümayiş etdirməsə, Ermənistan ilə münasibətlərimizdə neytrallığını qorusa, erməni diasporunun tələbi ilə bizim hərbiçilərimizə qarşı haqsız sanksiya tətbiqinə yol verməzsə, Bakı-Vaşinqton əlaqələri daha da inkişaf edə bilər”.

Bu sözləri politoloq Kamran Məmmədli ABŞ-Azərbaycan münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ABŞ lideri Co Baydenin 1 həftə ərzində 2 dəfə Azərbaycana məktub göndərib. Digər tərəfdən isə, erməni diasporu, istər Bayden administrasiyasına, istərsə də, Konqresə öz təzyiqlərini artıraraq Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini, eyni zamanda Qarabağ ermənilərinə yüz milyonlarla dollar həcmində yardım ayrılmasını tələb edirlər.

Bütün bunların fonunda Bakı-Vaşinqton əlaqələrinin səviyyəsini necə dəyərləndirmək olar? ABŞ-ın Azərbaycan məmurlarına və hərbiçilərinə qarşı sanksiyalar tətbiq etməsinə ehtimal vermək olar?

ABŞ-ın Azərbaycana qarşı yürütdüyü siyasəti Poliqon-un əməkdaşı politoloq Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Biz dünyanın bir nömrəli super gücü sayılan ABŞ ilə əlaqələrin normallaşmasında maraqlıyıq”.

Azərbaycanın həmişə balanslı siyasət yürütdüyünü və bloklarda yer almadığını xatırladan politoloq Poliqon-a bildirib ki, bunun nəticəsi olaraq həm Qarabağımızı azad edə bildik, həm Rusiya sülhməramlılarını ölkəmizdən çıxardıq, həm də dünya güclərini bu məsələlərdə nisbətən neytrallaşmdırmağa nail olduq:

“Ağ Evin Azərbaycan ilə əməkdaşlığa üstünlük verməsi, iki ölkə arasında münasibətləri irəliyə doğru aparmaq istiqamətində atdığı addımlar müsbət hadisədir. Azərbaycan həmişə balanslı siyasət yürüdüb və bloklarda yer almayıb və bunun nəticəsi olaraq həm Qarabağımızı azad edə bildik, həm sülhməramlıları ölkəmizdən çıxardıq, həm də dünya güclərini bu məsələlərdə nisbətən neytrallaşmdırmağa nail olduq. Bu baxımdan, biz dünyanın bir nömrəli super gücü sayılan ABŞ ilə əlaqələrin normallaşmasında maraqlıyıq.

Biz həm qonşu ölkələr ilə, həm Qərb və ABŞ ilə normal əlaqələrin qurulmasının tərəfdarıyıq və dönəm dönəm bu ölkələr ilə əlaqələrin kəskinləşməsində də biz heç zaman birinci addımı atan tərəf olmamışıq. Hər zaman bizə qarşı qeyri-adil mövqe sərgilənəndə, beynəlxalq hüquqla haqqımız olana qarşı çıxıldıqda biz yalnız ona uyğun adekvat cavab vermişik.

Hesab edirəm ki, ABŞ bizim üçün həssas olan torpaq, milli dəyərlərimiz və maraqlarımız kimi mövzularda bundan sonra açıq qarşı mövqe nümayiş etdirməsə, Ermənistan ilə münasibətlərimizdə neytrallığını qorusa, erməni diasporunun tələbi ilə bizim hərbiçilərimizə qarşı haqsız sanksiya tətbiqinə yol verməzsə, Bakı-Vaşinqton əlaqələri daha da inkişaf edə bilər və düşünürəm ki, bu elə belə də olacaq. Biz istənilən ölkə ilə münasibətlərin və əməkdaşlığın inkişafında maraqlıyıq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Bakı-Qazax yolunda qəza olub, bir nəfər ölüb, 3 uşaq xəsarət alıb - Foto, Yenilənib

Əmək pensiyalarının ödənilməsi xərcləri artırılıb

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

İlham Əliyev: Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir...

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Ən çox oxunanalar