Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kredit borcuna görə bankların "qara siyahı"sından necə çıxmaq olar?

Vətəndaş kredit götürmək üçün rəsmi iş yerinin, stabil əməkhaqqının olmasına və bütün lazımi sənədləri təqdim etməsinə baxmayaraq, bank kredit verməkdən imtina edir...

Buna səbəb isə həmin vətəndaşın kredit tarixçəsinə görə bankın "qara siyahısı"na daxil edilməsidir.

Maraqlıdır, kredit borcuna görə bankların "qara siyahısı"ndan necə çıxmaq olar?

Bununla bağlı "Xəzər" TV-yə açıqlamasında hüquqşünas Anar Ramazanov bildirib ki, tək bankdan götürülmüş kreditin yox, bəzi ticarət mərkəzlərində borc müqaviləsi ilə alınan əşyalara görə ödənişlərin gecikdirilməsi də vətəndaşın kredit tarixçəsinə təsir göstərə bilər.

A.Ramazanovun sözlərinə görə, əgər vətəndaş qrafikdə göstərilən vaxtda ödənişini etməsə, hətta bir gün belə yubansa, onun adına müəyyən gecikmə düşür. Bu gecikmələrin sayı artdıqca vətəndaşa ya kredit verilmir, ya da çox az məbləğdə kredit verilir.

"Vətəndaşın evi varsa, maliyyə imkanları yaxşıdırsa, onun "qara siyahı"dan çıxarılması və maliyyə qurumu qarşısında etibarın artırılması üçün ona kiçik məbləğdə kredit verilir və vətəndaş krediti 6-12 ay ərzində gecikdirmə olmadan ödəyib öz kredit tarixçəsini düzəldə bilir".

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, cəmiyyətdə bankların "qara siyahısı" deyilən mərkəzləşdirilmiş, adların daimi saxlandığı bir reyestr mövcud deyil.

Sadəcə, gecikmə günlərinin əks olunduğu məlumat bazası mövcuddur və vətəndaş banka müraciət edən zaman bank risk yanaşmasına və kredit siyasətinə uyğun olaraq, onun gecikmə günlərinin ümumi müddətini nəzərə alaraq, müvafiq seqmentasiya həyata keçirərək qərar verir.

Ətraflı videomaterialda:

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar