Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

Azərbaycanda 50 kq-lıq unun qiyməti 25 manat 5 qəpikdən 27 manat 35 qəpiyə qədər artıb...

İqtisadçı-ekspert: “Qazaxıstan və Rusiya dünya bazarında taxıl üzrə ciddi oyunçudur və dünya bazarında da müəyyən qiymət artımları var”.

“Taxılın qiymət artımı sürətlənərsə, daha ciddi hal alarsa, o zaman artıq çörəyin qiymətində də artıma gediləcək, yəni bu qaçılmazdır. Çünki dediyim kimi biz xaricdən kifayət qədər bu məsələdə aslıyıq”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda unun qiymətinin qalxmasını Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyada yaz aylarında soyuq hava şəraitində taxıl əkin sahələrinin böyük qismi məhv olub. Bu da bu il dünya bazarında taxıl qıtığının yaranacağı ilə bağlı narahatlıqlar yaradıb. Son məlumatlara görə isə unun üiyməti artmağa başlayıb. Azərbaycanda da 50 kq-lıq unun qiyməti 25 manat 5 qəpikdən 27 manat 35 qəpiyə qədər artıb.

Unun qiymətinin 2,3 manat artması çörəyin qiymətinə təsir edəcəkmi və bu il taxıl qıtlığının yaranması mümkündürmü?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Hər çörəkdən 20, 30, 50 qram azaldırlar. Bununla da qiymətini müəyyən dərəcədə tənzimləyə çalışırlar”.

Azərbaycanda ənənəvi olaraq unun qiyməti qalxan kimi həmən çörəyin qiymətinin qalxmadığını xatırladan ekspert bildirib ki, ilkin mərhələdə çörəyin çəkisi aşağı salınır:

“Tək Rusiyada yox, Qazaxıstanda da həm şaxtalarla, həm də daşqınlarla əlaqəli taxıl zəmilərinə ciddi ziyan dəyib. Eyni zamanda bildiyimiz kimi Qazaxıstan və Rusiya dünya bazarında taxıl üzrə ciddi oyunçudur və hazırda yaranmış vəziyyətlə bağlı dünya bazarında da müəyyən qiymət artımları var.

Təbii ki, Azərbaycan da öz taxıl ehtiyaclarının 75 faizini xaricdən alır. Taxılın qiyməti artan kimi, bu Azərbaycanın daxilinə də təsir göstərəcək və necə ki indi də təsir göstərməkdədir.

Ölkədə unun qiyməti qalxıb. Çörəyin qiymətində isə vəziyyət biraz fərqlidir. Azərbaycanda ənənəvi olaraq unun qiyməti qalxan kimi həmən çörəyin qiyməti qalxmır. İlkin mərhələdə çörəyin çəkisi aşağı salınır. Hər çörəkdən 20, 30, 50 qram azaldırlar. Bununla da qiymətini müəyyən dərəcədə tənzimləyə çalışırlar. Qeyd edim ki, burada daha çox söhbət zavod çörəyindən gedir.

Hələlik görünən odur ki, çörəyin çəkisinin azaldılması yolu ilə qiymətin artırılması düşünülür. Çünki bu da qiymət artımıdır. Yəni qiyməti yerində qalır, amma çəki azalırsa, bu da faktiki olaraq qiymət artımı deməkdir.

Amma taxılın qiymət artımı sürətlənərsə, daha ciddi hal alarsa, o zaman artıq çörəyin qiymətində də artıma gediləcək, yəni bu qaçılmazdır. Çünki dediyim kimi bu məsələdə biz xaricdən kifayət qədər aslıyıq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar