Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken İsrailin Qəzzadakı davranışı ilə bağlı Konqresə tənqidi hesabat təqdim edəcək

ABŞ dövlət katibi Entoni Blinken İsrailin Qəzza zolağında davranışı ilə bağlı Konqresə tənqidi hesabat təqdim edəcək...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı üç amerikalı məmura istinadən yazıb.

Hazırda Dövlət Departamenti müxtəlif silahlı münaqişələrdə iştirak edən İsrail və digər 6 ölkənin silahdan istifadəsini öyrənir. "Axios" qeyd edir ki, departament mayın 8-dək Konqresə hesabatların təqdim edilməsi üçün son tarix təyin edib, lakin əvvəllər onlar sənədin texniki səbəblərə görə bir neçə gün gecikdiriləcəyini bildiriblər.

Portalın məlumatına görə, hesabatdan İsrailin anklavda Amerika silahlarından istifadə şərtlərini pozduğu qənaətinə gəlmək mümkün olmayacaq. ABŞ rəsmilərinin sözlərinə görə, İsrailin Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı siyasəti hazırda xeyli yaxşılaşıb və İsrail yardımın verilməsinə mane olmaq niyyətində deyil.

Üç ABŞ rəsmisi "Axios"a bildirib ki, Blinkenin hesabatında münaqişə zamanı bir sıra insidentlər sadalanacaq və onlar İsrail tərəfindən beynəlxalq hüququn pozulması ilə bağlı ciddi narahatlıq doğurduğunu qeyd edəcəklər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ən çox oxunanalar