ABŞ Konqresi Fələstin tərəfdarı etiraz və aksiyalara qarşı qanun layihəsinə səs verib...
ABŞ Konqresinin Aşağı Palatası antisemitizmlə mübarizəadı altında universitet şəhərciklərində Fələstinə dəstək məqsədilə keçirilən çoxsaylı etiraz aksiyalarına yönəlmiş qarşı qanun layihəsini qəbul edib.
Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.
320 konqresmen qanun layihəsinin lehinə səs verib, 91 qanunverici təşəbbüsü dəstəkləməyib. Bundan sonra səsvermə Senatda keçirilməlidir.
Qanun layihəsi Amerika qanunvericiliyində antisemitizmin aydın tərifini yaradacaq və ABŞ Təhsil Departamenti daha sonra bu cür davranışa dözən akademik qurumları maliyyələşdirməyi dayandırmaq üçün istifadə edə bilər. Belə ki, qanun qəbul olunarsa, Fələstin tərəfdarı mitinqlərdə tələbələrin tez-tez qaldırdıqları Fələstin ərazilərində intifadaya çağıran plakatlar antisemitizmin təzahürü kimi qiymətləndiriləcək. Bundan sonra Təhsil Departamenti federal tədqiqat qrantlarını ləğv edə və bu cür fikirləri ifadə edən tələbələrə qarşı cəza tədbirləri görməyən universitet üçün digər maliyyələşdirməni dayandıra bilər.
Öz növbəsində vətəndaş azadlıqlarının tərəfdarları hesab edirlər ki, belə bir qanunun qəbulu söz və siyasi fikirlərin ifadə azadlığını xeyli məhdudlaşdıracaq.
Poliqon.info