Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BCM prokurorları Qəzza zolağında iki xəstəxananın işçilərini sorğu-sual edir

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorları anklavda mümkün cinayətlərin araşdırılması çərçivəsində Qəzzanın iki ən böyük xəstəxanasının, “Əl-Şifa” və “Nasser” xəstəxanalarının əməkdaşlarını dindiriblər...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, İsrail hərbçiləri geri çəkildikdən sonra bu qurumların ərazisində kütləvi məzarlıqlar aşkar edilib.

Reuters mənbələri iş üzrə potensial şahidlərin təhlükəsizliyinə təhdidlər səbəbindən dindirmələrin təfərrüatlarını açıqlamayıb. Agentliyin mənbələrinin sözlərinə görə, Qəzza zolağında xəstəxanalarla bağlı hadisələr BCM-nin təhqiqatının bir hissəsi ola bilər. Məhkəmə sözçüsü qeyd edib ki, münaqişənin hər iki tərəfi - Fələstin HƏMAS və İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən pozuntular araşdırılır.

İsrail tərəfi iddia edir ki, “Əl-Şifa” və “Nasser” xəstəxanaları fələstinli yaraqlılar tərəfindən komanda mərkəzləri kimi istifadə edilib və buna görə də xəstəxanaların ərazisində onların məhv edilməsi və şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat keçirilib. “Nasser” xəstəxanasının ərazisində 283 cəsədin olduğu kütləvi məzarlıq, “Əl-Şifa” xəstəxanası yaxınlığında isə 380-dən çox cəsəd aşkar edilib. BMT bunula bağlı beynəlxalq araşdırmaya çağırıb.

Qeey edək ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi soyqırım, müharibə cinayətləri, habelə insanlığa qarşı cinayətlər və təcavüz cinayətlərinə görə məsuliyyət daşıyanları təqib etmək səlahiyyətinə malikdir. BCM-nin həbs qərarı verdiyi şəxsləri həbs etmək Roma Statutunun üzvü olan ölkələrə aiddir. BCM 2021-ci ildən Qəzza zolağında və Qərb Sahilində mümkün pozuntuları araşdırır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay