Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - Video

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamə.tləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb..

Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb.

11 ildən sonra, 2022-ci ildə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Anar Mansurovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun tanışı Əhəd Salahovun NZS qəsəbəsində adam öldürməsi üzə çıxıb.

İstintaqla müəyyən edilib ki, Əhəd Salahov Bakı İslam Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində işləmiş Firudin Məmmədovla 2011-ci ilin oktyabr ayında görüşüb və onun tanışı İlkin Qurbanovu öldürmək lazım olduğunu bildirib. Buna razılıq verən Əhəd Salahova Firudin Məmmədov İlkin Qurbanovun fotoşəklini və mobil nömrə verib. Onu NZS qəsəbəsinə aparıb, öldürəcəyi adamın yaşadığı küçəni göstərib.
Bundan sonra Əhəd Salahov “20 yanvar” stansiyasının yaxınlığından bıçaq alıb. Plana əsasən, bıçağı gödəkçəsinin cibinə qoyub, evdən çıxıb və dostu Anar Mansurovla görüşərək ondan sadə modelli mobil telefonunu alıb.

Oktyabrın 31-i saat 23:02-də Firudin Məmmədovdan aldığı məlumat əsasında evinə gedən İlkin Qurbanovu təqib edib. Sovxoz küçəsində yerləşən 19 nömrəli yaşayış binası ilə üzbəüz qaranlıq ara yolda ona arxadan hücum edib, İlkin Qurbanovun kürəyinə, sonra isə sinəsinə bıçaqla çoxsaylı zərbələr endirərək onu qətlə yetirib. Evə çatandan sonra Firudin Məmmədovla telefonla danışaraq ona üstüörtülü şəkildə “tapşırdığınız işi həll etdim” deyib. Hadisədən bir müddət sonra Əhəd Salahov Anar Mansurova NZS qəsəbəsində bir adamı öldürdüyünü deyib. Dörd gün sonra, yəni noyabrın 4-də qətlin sifarişçisi Firudin Məmmədov Xocalı prospektində maşında intihar edib. Məhkəmə iclasında Əhəd Salahov ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, İlkin Qurbanovu Firudin Məmmədov qətlə yetirib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhəd Salahov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar