Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN rəhbərinin müavini Yunanıstana səfər edib

10-12 aprel tarixlərində xarici işlər nazirinin müavini Fariz Rzayev Yunanıstana işgüzar səfərdə olub...

XİN-dən Poliqon-a verilən xəbərə görə, səfər vaxtı nazir müavini Fariz Rzayev IX Delfi İqtisadi Forumunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP) dair panel müzakirələrdə iştirak edib.

Çıxışında F.Rzayev 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-a hazırlıq və görüləcək işlərdən, habelə Azərbaycanda ətraf mühitin mühafizəsi, alternativ enerji mənbələrinin inkişafı istiqamətində atılan addımlardan danışıb. F.Rzayev, həmçinin ölkəmizin işğaldan azad olunan ərazilərinin yaşıl enerji zonası elan edildiyi, bölgənin enerjiyə olan tələbatının, o cümlədən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurulan yaşayış məntəqələrinin yaşıl enerji ilə təmin olunduğu barədə məlumat verib.

Səfər çərçivəsində F.Rzayev eləcə də Yunanıstanın hökumət rəsmiləri və parlament üzvləri ilə də görüşüb. Görüşlərdə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional və beynalxalq gündəlikdə dayanan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar