Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NYT: İsrail və ABŞ ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib...

ABŞ ordusu və İsrail Müdafiə Qüvvələri (IDF) İrandan mümkün hücum xəbərləri fonunda yüksək hazırlıq vəziyyətinə gətirilib...

Poliqon xəbər verir ki, bu barədə aprelin 6-da Amerikanın The New York Times qəzeti məlumat yayıb.

NYT yazır: “ABŞ-ın bölgədəki hərbi qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. İsrail də silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətindədir”.

Bildirilir ki, İsrail komandanlığı hərbi hissələrin buraxılmasını ləğv edib. Bundan əlavə, hərbi rəhbərlik bəzi ehtiyatda olan əsgərləri hava hücumundan müdafiə bölmələrinə qoşulmağa çağırıb. Mənbələr GPS siqnallarının da bloklandığını bildirib. İran hakimiyyəti, iki mənbəyə görə, öz ordusunu da mümkün münaqişəyə hazırlayıb və yüksək döyüş hazırlığı vəziyyətinə salıb.

Qeyd edək ki, daha əvvəl media ABŞ-ın yaxın günlərdə İrandan “əhəmiyyətli” cavab zərbəsinə hazırlaşdığını yazmışdı. Tehranın bu hərəkətləri İranın Suriyadakı konsulluğuna hücuma cavab olacaq.

Xatırladaq ki, İsrail aprelin 1-də Suriyadakı İran səfirliyinə hücum edib. Hücum nəticəsində 11 nəfər, o cümlədən iki SEPAH generalı həlak olub. Tehran hücuma cavab vermək hüququnu özündə saxladığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

Ən çox oxunanalar