Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Əliyev: Aprel döyüşlərində əldə edilən hərbi uğur xalqımızı Böyük Zəfərə apardı

Aprel döyüşlərində əldə edilən hərbi uğur xalqımızı Böyük Zəfərə apardı...

APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.

O, bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən Aprel döyüşlərində bir sıra strateji əhəmiyyətli yüksəkliklər və kəndlər işğaldan azad edildi.

“Aprel döyüşlərində əldə edilən hərbi uğur xalqımızı Böyük Zəfərə apardı. Bu döyüşlərdəki qələbəmizin davamı olaraq 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən şanlı Vətən müharibəsi xalqımızı əbədi və əzəli torpağımız olan Qarabağa qovuşdurdu. 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi bərpa edildi.

Prezident İlham Əliyevin qətiyyətli siyası iradəsi, apardığı məqsədyönlü siyasət və Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağın düşmən işğalından azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının və dövlətinin həyatında yeni bir tarixi mərhələnin başlanmasını şərtləndirib”.

Baş prokuror qeyd edib ki, 07 fevral 2024-cü il tarixdə keçirilmiş növbədən kənar Prezident seçkiləri Yeni tarixi mərhələnin simvolik başlanğıcı hesab edilə bilər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Ən çox oxunanalar