Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya NATO-ya hücum edə bilərmi?

Rusiyanın Qərb dövlətlərinə hücumu ehtimalı Qərbin nə dərəcədə birliyindən asılı olacaq...

Poliqon xəbər verir ki, bunu ABŞ-ın Avropadakı silahlı qüvvələrinin keçmiş baş komandanı, istefada olan general-leytenant Ben Hodces deyib.

"Rusiyanın dezinformasiya, kibertəhlükəsizlik və hava məkanının pozulması ilə müşayət olunan növbəti hücum səviyyəsinə keçməsi ehtimalı rusların bizim buna nə dərəcədə hazır olmadığımızdan, birləşməyəcəyimizə inanıb-inanmamasından asılı olacaq. Bu zaman eskalasiya riski artacaq", deyə Hodces qeyd edib

Digər tərəfdən, onun fikrincə, Rusiya NATO-ya hücuma çox yaxşı hazırlaşmalı olacaq və münaqişənin gərginləşməsinin mümkün mənfi nəticələrini də qiymətləndirəcək.

"Düşünmürəm ki, onlar axmaqdırlar. Ukraynada uğur qazansalar, iki, üç, dörd ildən sonra başqa yerlərə üz tuta bilərlər. Əlbəttə, belə bir imkan var. Lakin onlar NATO-ya hücuma hazırlaşmaq üçün çox şeyi dəyişməli olacaqlar. Çünki onlar bizim lazımi cavab verə bildiyimizi düşünməlidirlər. Bəli, biz buna hazırlaşmalıyıq. Düşünmürəm ki, ABŞ Avropadan, Ukraynadan üz döndərməyincə, bu, mümkün deyil", deyə general-leytenant bildirib.

Ben Hodce əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya sənaye rəqabətində qalib gəlməyə, döyüş sursatı və texniki xidmət əldə etməyə kömək etməli və eyni zamanda Rusiyanın logistikasına hücum etməlidir. Bu baş versə, Ukrayna qalib gələcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Ən çox oxunanalar