Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcma ABŞ-nin Fletçer Məktəbini Qarabağla bağlı təxtibatçı tədbirə ev sahibliyi etməməyə çağırıb

Qərbi Azərbaycan İcması ABŞ-nin Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbini Qarabağla bağlı təxribatçı tədbirə ev sahibliyi etməməyə çağırıb...

İcmadan bildirilib ki, sözügedən məktəbdə martın 29-da “dağlıq qarabağ” kimi tarixə qovuşmuş ifadələri ehtiva edən başlıqla tədbirin keçirilməsi planlaşdırılır.

Belə ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd edən bu tədbirdə Ermənistanın rəsmi şəxsi - bu ölkənin beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddiaları üzrə rəsmi nümayəndəsi Yeqişe Kirakosyanın çıxış etməsi nəzərdə tutulur:

"Ermənistanın rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair siyasi bəyanatlar versə də, hüquqi müstəvidə tamamilə bunun əksini edir. Belə ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialar Qarabağ bölgəsinin Azərbaycana aid olmaması tezisinə əsaslanır. Sözügedən iddialar üzrə Ermənistanı təmsil edən Yeqişe Kirakosyanın Fletçer Məktəbində keçiriləcək tədbirdə iştirakı və çıxışı bu dövlətin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd edən hüquqi iddialarının beynəlxalq səviyyədə təbliğatına xidmət edir. Ermənistan hökumətinin beynəlxalq məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən iddialar qaldırması və bu iddiaların beynəlxalq səviyyədə təbliğatını aparması regionda vəziyyəti gərginləşdirir. Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən bu addımlarına son qoymağı tələb edir. Belə təxribatçı əməlləri əvəzinə, Ermənistan diqqətini öz ərazisindən qovduğu azərbaycanlıların qayıdışına, onlara qarşı törədilmiş hüquq pozuntularının araşdırılmasına və nəticələrinin aradan qaldırılmasına yönəltməlidir", - deyə açıqlamada vurğulanıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar