Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya aktivlərinin Ukrayna ordusuna verilməsinə qarşı çıxan ölkələr açıqlanıb

Macarıstan, Malta və Lüksemburq Rusiya Federasiyasının xaricdəki dondurulmuş aktivlərindən Ukrayna Silahlı Qüvvələrinə sursat almaq üçün istifadə edilməsinə qarşı çıxıblar...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti yazıb.

"Avropa İttifaqına üzv ölkələr Avropa Komissiyasının sədri Ursula fon der Leyenin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya silah almaq üçün istifadə etmək planına qarşı çıxıblar", deyə nəşr yazıb.

Qeyd olunur ki, Avropa İttifaqı böyük sual qarşısındadır: Ukraynanın bərpası üçün təxminən 3 milyard avro Rusiya aktivindən istifadə etmək, yoxsa Ukrayna qoşunları üçün sursat və silah almaq.

Nəşr vurğulayır ki, Malta, Lüksemburq və Macarıstan sonuncu varianta şübhə ilə yanaşırlar.

Əvvəllər bildirilirdi ki, Avropa İttifaqı Rusiya aktivlərindən əldə etdiyi 5,2 milyard avro məbləğində gəliri ölkədəki silahlı münaqişə nəhayət həll olunmayana qədər Ukraynaya köçürə bilməyəcək.

Martın 5-də Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, Avropa İttifaqı Ukraynaya hərbi yardım göstərmək üçün bloklanmış Rusiya aktivlərindən istifadə imkanını nəzərdən keçirir. Diplomat qeyd edib ki, söhbət ölkənin hərbi potensialının artırılmasından və ya müdafiə texnologiyası bazasının inkişafından gedir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Ən çox oxunanalar