Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının mərkəzində avtomobilsizləşdirmənin nəticəsi necə olacaq? - Açıqlama

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan ediləcək. Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq. Burada həmçinin parklanam yerləri də qadağan ediləcək...

Bəs bu qərar, yəni paytaxtın mərkəzinin avtomobilsizləşdirilməsinin nəticəsi necə olacaq?

Bu barədə Oxu.Az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumiyyətlə metronun “28 May” stansiyası fərqli nəqliyyat növlərinin qovuşduğu bir məkandır:

“Burada xaotik parklanma avtomobillərin nizamsız hərəkəti nizamlı hərəkət məhdudluğu yaradıb. Bu qərar insanların bir nəqliyyat növündən digərinə rahat keçidini təmin edir, həmçinin xaotik məkanı nizamlı insanyönümlü məkana çevirəcək”.


O əlavə edib ki, Bakı şəhərində 1600 kilometrdən çox yol şəbəkəsi var, amma bir küçə yoxdur ki, nə şimaldan cənuba, nə də şərqdən qərbə piyada gəzmək mümkün olsun:

“Səki var, ancaq müəyyən bir yerə qədər. Düşünürəm ki, mülayim bir iqlimə sahib olan Bakıda piyada infrastrukturlarının təşkili insanların rahat mühitdə yaşamasına şərait yaradacaq”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Çin XİN Zelenskinin Siyə çağırışına cavab verib

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb 

İmişlidə ağır cinayət - atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutuldu        

Ən çox oxunanalar