Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orta Dəhlizlə yükdaşımaların həcmi 10 milyon tona çatacaq

Bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

"Yeni geosiyasi reallıqlar kontekstində transkontinental ticarətin təşviqində və inkişafında ölkələrimizin rolu sürətlə artır.

Hətta xəritəyə ötəri nəzər salsaq belə Mərkəzi Asiyanın və Cənubi Qafqazın unikal coğrafi mövqeyini görə bilərik. Bu səbəbdən Qazaxıstan da Azərbaycan kimi ölkənin logistika və nəqliyyat potensialının gücləndirilməsi istiqamətində aktiv siyasət yürüdür. Bunun bizim qarşımızda dayanan strateji əhəmiyyətli vəzifə olmasını gizlətmirəm. 2030-cu ilə qədər 11 min kilometr dəmir yolu xətti təmir etmək və 5 min kilometrdən çox yeni dəmir yolu çəkmək niyyətindəyik. Bu, ölkənin nəqliyyat imkanlarını xeyli artıracaq. Orta Dəhliz kimi də adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun transkontinental ticarətin təşviqində və inkişafında rolu bu gün sürətlə artıb. Bunu həmin marşrut üzrə yükdaşımaların həcminin 2022-ci ildə iki dəfə artaraq 1,7 milyon ton, 2023-cü ildə isə əlavə 65 faiz artaraq 2,7 milyon tona çatması sübuta yetirir. Gələcəkdə bu həcmin ildə 10 milyon tona çatacağını gözləyirik.

Bunun üçün həm tələbat, həm də texnoloji imkanlar mövcuddur. Bu səbəbdən Astana ilə Bakı bu sahədə kompleks addımlar atır. Bunun bariz nümunəsi 2022-ci ilin sonlarında Aktauda imzalanan Azərbaycan, Qazaxıstan, Türkiyə ərazilərində Orta Dəhlizin inkişafı üzrə 2022−2027-ci illəri əhatə edən Yol Xəritəsidir. Xəzər sahillərindəki dəniz limanlarımızın genişmiqyaslı müasirləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Bundan əlavə, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmiryolçuları tərəfindən yükdaşımaların həcmini artırmaq üçün “bir pəncərə” formatında xidmət göstərəcək “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsi yaradılıb. Marşrut boyunca ən son rəqəmsal texnologiyalardan istifadə olunacaq. Bunun üçün biz kəsintisiz rəqəmsal dəhliz hazırlamış transmilli PSA Sinqapur şirkətini cəlb etdik.

Biz dəmir yolu nəqliyyatı sahəsində innovativ həllərin tətbiqi üçün “Huawei”, “Wabtec”, “Alstom” kimi qlobal şirkətlərlə fəal əməkdaşlıq edirik. Onlar bu sahəni daha rəqabətli və səmərəli edəcəklər. Marşrutun gələcək inkişafı və onun digər nəqliyyat dəhlizləri ilə əlaqəsi də perspektivli hesab olunur ki, bu da Cənubi Qafqazla Türkiyənin Qazaxıstan, Mərkəzi Asiya ölkələri, Avrasiya İqtisadi Birliyi (AİB) və Çinlə daha geniş transregional inteqrasiyası üçün əlavə imkanlar təmin edəcək. Ümumiyyətlə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu böyük potensiala malikdir və təbii ki, bu mühüm layihənin həyata keçirilməsində Qazaxıstanla Azərbaycanın rolu olduqca böyükdür. Bu arteriyanın inkişafı ticarət dinamikasının genişlənməsinə töhfə verməklə yanaşı, Şərqlə Qərb arasında əlaqələndirici körpü kimi ölkələrimizin mövqeyini möhkəmləndirəcək", - deyə Tokayev bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar