Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistanı Azərbaycanın əli ilə cəzalandıra bilər?

Hər bir halda isə Paşinyanın Moskva tərəfindən cəzalandırılması qaçınılmaz görünür. Erməni tərəfi isə əmindir ki, Rusiya İrəvanı məhz Azərbaycanın əli ilə cəzalandıracaq...

Siyasi-şərhçi: “Rusiyanın Ermənistanı Azərbaycanın əli ilə cəzalandıracağı iddialar daha çox spekulyativ bir analizdir və reallığı əks etmir”.

“İqtisadi göstəricilər bizə onu deyir ki, ikinci Qarabağ müharibəsindən sonra Ermənistanın Rusiya ilə ticari asıllığı daha da artıb”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Rusiya-Ermənistan münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya ilə Ermənistan arasında münasibətlər getdikcə daha da gərginləşir. Dünən Rusiya və Ermənitan xarici işlər nazirlərinin telefon danışığı haqqında heç bir təfərrüatın verilməməsi də buna işarə edir. Belə görünür ki. Rusiya Ermənistandan qəti qərarlar verməyi tələb edir. Hər bir halda isə Paşinyanın Moskva tərəfindən cəzalandırılması qaçınılmaz görünür. Erməni tərəfi isə əmindir ki, Rusiya İrəvanı məhz Azərbaycanın əli ilə cəzalandıracaq.

Bu iddiaları əsaslı hesab etmək olar? Yəni Ermənistanın məhz Azərbaycanın əli cəzalandırımasına Azərbaycanın getməsini mümkündür?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil dövlətdir və öz maraqlarına xidmət etməyən heç bir üçüncü ölkənin maraqlarında alət ola bilməz və olmayacaq”.

Paşinyanın Moskva tərəfindən cəzalandırılacağı iddialarının yeni bir məsələ olmadığını xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bundan öncə də, Ermənistanda nümayişlər, siyasi mesajlar və Qarabağda anti-terror əməliyyatlarında Rusiyanın neytral qalması onlara görə Paşinyan üçün bir cəza idi:

“Bildiyiniz kimi, Ermənistanın strateji tərəfdaşı kimi Rusiya ilə münasibətləri ikinci Qarabağ müharibəsindən sonra pisləşdi və ölkə rəhbərliyi geosiyasi oriyentasiyasını Qərb istiqamətində dəyişmiş kimi göstərsə də, bu tam dərəcədə elə deyil. İqtisadi göstəricilər bizə onu deyir ki, ikinci Qarabağ müharibəsindən sonra Ermənistanın Rusiya ilə ticari asıllığı daha da artıb. Rusiyadan kənarlaşmaq istəyən ölkə ilk növbədə ondan asıllığı azaltmalıdır, ancaq biz bunun əksini görürük.

Çox güman ki, Paşinyan öz xislətinə uyğun olaraq həm Qərbi, həm də Rusiyanı yanında saxlamaq istəyir, onlardan biri üzərində yüzdə yüz seçim etmir. Lazım gəldikdə Soçidə olduğu kimi Putinin, lazım olduqda isə Avropada Makronun çətiri altına girməyi bacarır. Qısacası, iki tərəfli siyasət yürüdür. Ancaq bu həm Rusiyanı, həm də Qərbi narahat edir. Çünki məlum məsələdir ki, bu siyasət daimi deyil, müvəqqətidir.

O ki qaldı, Paşinyanın Moskva tərəfindən cəzalandırılacağı iddialarına, bu yeni bir məsələ deyil. Bundan öncə də, Ermənistanda nümayişlər, siyasi mesajlar və Qarabağda anti-terror əməliyyatlarında Rusiyanın neytral qalması onlara görə Paşinyan üçün bir cəza idi. Ancaq Rusiyanın Ermənistanı Azərbaycanın əli ilə cəzalandıracağı iddialarına gəldikdə isə, bu daha çox spekulyativ bir analizdir və reallığı əks etmir. Azərbaycan yalnız beynəlxalq hüquq və öz milli maraqlarına uyğun olaraq hərəkət edir. Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil dövlətdir və öz maraqlarına xidmət etməyən heç bir üçüncü ölkənin maraqlarında alət ola bilməz və olmayacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar