Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya Almaniyanı Ukraynaya "Taurus" raketləri tədarük etməyə çağırıb

Böyük Britaniya alman zabitlərinın sızdırılmış söhbətlərinə baxmayaraq, Almaniyanı Ukraynaya "Taurus" qanadlı raketləri verməyə çağırır. ..

Poliqon xəbər verir ki, bu barədə The Guardian anonim hökumət rəsmisinə istinadən yazıb.

"Böyük Britaniya Ukraynanı uzaqmənzilli dəqiq raketlərlə təmin edən ilk ölkə olub və biz müttəfiqlərimizi də eyni şeyi etməyə çağırırıq", deyə mənbə The Guardian bildirib.

Ukrayna 2023-cü ilin mayında "Taurus" traketləri ədarük tələbi ilə Almaniyaya müraciət edib. Almaniya kansleri Olaf Şolts münaqişənin gərginləşməsindən qorxduğu üçün davamlı olaraq uzaqmənzilli raketlərin tədarükünə qarşı çıxıb. Fevralın 29-da Şolts tədarüklərdən imtina etməsini bununla izah edib ki, 500 km məsafəyə malik "Taurus"dan səhv istifadə olunarsa, Moskvanın bir yerində müəyyən hədəfə çata bilər.

Martın 1-də RT kanalının baş redaktoru Marqarita Simonyan yüksək rütbəli Bundesver zabitləri arasında fevralın 19-da baş vermiş söhbətin audio yazısını dərc edib. Zabitlərin söhbətinin ələ keçirilən səs yazısında şərqdəki körpüyə hücum etmək üçün raketlərdən istifadə edilməsindən bəhs edilir. Söhbətin kontekstindən və təfərrüatlarından belə çıxır ki, söhbət Krım körpüsündən gedir.

Daha sonra Almaniya Müdafiə Nazirliyi hərbi söhbətin dinlənildiyini təsdiqləyib. Martın 2-də Almaniya mətbuatı, o cümlədən Der Spiegel, Bild, Welt səs yazısının həqiqiliyi barədə məlumat yayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar