Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşa Xankəndiyə investisiya yatırmağa icazə verilmir? - Rəsmi açıqlama

Keçmiş məcburi köçkün, Gəncə şəhərində yerləşən Müəllimlər İnstitutunun yataqxanasında məskunlaşan fərdi sahibkar Səfər Salmanov iddia edir ki, işğaldan azad olunan ərazilərə investisiya qoymaq istəsə də, buna imkan verilmir...

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, vətəndaşın iddiaları həqiqəti əks etdirmir:

“Fərdi sahibkar Səfər Vəliyəddin oğlu Salmanovun Xankəndi şəhərində sahibkarlıq fəaliyyətinə imkan verilməməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirləri ilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət sahələrinin bərpası üçün sahibkarlar üçün 26 dekabr 2023-cü il tarixində müsabiqə elan olunmuşdu. Bu barədə elan aidiyyəti dövlət qurumlarının rəsmi internet səhifələri və sosial şəbəkə hesabları, eləcə də KİV vasitəsilə ictimaiyyətə çatdırılıb. Müsabiqə üçün sənədlərin yazılı şəkildə son təqdim edilmə tarixi kimi 31 yanvar 2024-cü il müəyyənləşdirildiyi halda, fərdi sahibkar Səfər Vəliyəddin oğlu Salmanov sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməyib.

Bununla belə, dəstək göstərmək məqsədilə 24.02.2024-cü il tarixində Xankəndi şəhərində yerləşən bir neçə iaşə obyektinə sahibkarın baxışı təmin edilib. Lakin o, təklif olunan obyektlərə maraq göstərməyib.

Hazırda antiterror tədbirləri ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın canlandırılması, yeni iş yerlərinin yaradılması məqsədilə müsabiqəyə sənədlərini təqdim etmiş sahibkarlarla əməkdaşlıq qurulması istiqamətində işlər görülür, onların təklifləri dəyərləndirilir”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar