Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-in dəstəyilə “Robotex Türkiyə”nin regional yarışlarına start verildi - Foto

Yarışmaya Azərbaycan və Türkiyədən 1500-dən çox iştirakçı qatılıb..

Azercell-in baş sponsorluğu ilə Bakıda keçirilən “Robotex Türkiyə”- robot texnologiyaları sahəsində təşkil edilən silsilə festivalın regional yarışlarına start verildi. Açılış mərasimi Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının, Azercell prezidentinin müşaviri Okan Cimenin, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın, “Robotex Türkiyə”nin prezidenti Orhan Çevikin və digər səlahiyyətli şəxslərin iştirakı ilə baş tutdu.

Poliqon xəbər verir ki, açılış mərasimində çıxış edən Okan Cimen bildirdi: “Azercell daima istedadlı gəclərin fərdi və peşəkar inkişafına dəstək olur, İKT sahəsində növbəti nəsil mütəxəssislərin yetişdirilməsinə xüsusilə önəm verir. İnanırıq ki, bu il Azərbaycanda baş tutan müsabiqə innovasiya, robot mühəndisliyi, süni intellekt kimi sahələrə marağı olan gənc istedadları üzə çıxaracaq, onların inkişafına töhfə verəcək. Tərəqqi və innovasiyaları təşviq edən bu yarışmanın tərəfdaşı olmaqdan qürur duyur, iştirakçıların yaradıcı ideyalarının şahidi olmağı səbirsizliklə gözləyirik”.

Ətrafında Azərbaycan və Türkiyədən 1500-dən çox gənc robototexnika mühəndisini toplayan “Robotex Türkiyə”nin regional yarışları 2 gün davam edəcək. İştirakçılar komandalar şəklində robot kodlaşdırma və robot hazırlama layihələri üzərində işləyəcəklər. Azərbaycanda keçirilən yarışma nəticəsində ümumilikdə 109 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Yarışma çərçivəsində iştirakçılar öz robotlarını yaratmaqla yanaşı, həm də startaplarını təqdim edə biləcəklər. Müsabiqədə iştirak edənlərin yaş qrupu fərqlidir: yarışmaya şagirdlər və tələbələrlə yanaşı, özəl müəssisələri təmsil edən iştirakçılar da qatılıb.

Qeyd edək ki, yarışın növbəti mərhələsi 20-21 aprel tarixlərində Antalyada baş tutacaq. Müsabiqəyə Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxıstandan da iştirakçılar qatılacaq. Fərqlənən komandalar Estoniyanın Tallin şəhərində keçiriləcək beynəlxalq robot çempionatında iştirak üçün vəsiqə qazanacaqlar.

 

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar