Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fevral nə üçün hər dörd ildən bir 29 gün olur?

Təqvimlərimiz fevralı dörd ildən bir 29 olaraq göstərir...

2024-cü il də elə həmin illərdən biridir. Bu il fevralın 29-da doğulanlar dörd ildən sonra ilk dəfə doğum günlərini dəqiq gündə qeyd edə biləcəklər.

Poliqon AZƏRTAC-a istinadən mövzu ilə bağlı kiçik bir araşdırmanı təqdim edir.

2024-cü il 365 yox, 366 gün olacaq. Fevral ayının tarixi niyə belədir və hansı səbəbdən yaranıb?

Yerin Günəş ətrafında fırlanması üçün 365,2422 gün lazımdır. XVI əsrdə başlayan Qərb təqvimində bir il 365 gün olaraq təyin olunur. İlin qalan 0,2422-si - 5 saat, 48 dəqiqə və 46 saniyə - dörd ildən bir əlavə gün hesab olunur. Bu tənzimləmə sayəsində saatlarımız Yerin fırlanmasına və fəsillərə uyğun olaraq qalır. Ona görə də, fevralda üç il 28 gün olduğu halda, təqvim dörd ildən bir 29-u göstərir.

Bəs niyə başqa ay yox, məhz fevral?

Bunun cavabı eramızdan əvvəl I əsrə gedib çıxır. Roma lideri Yuli Sezar astronomlara Roma təqvimini hazırlamaq tapşırığını verdi. Roma təqvimi 355 gündən və hər iki ildən bir əlavə ay 22 gündən ibarət idi. Təqvimin fəsillərlə harmoniyası tamamilə pozulmuşdu. Sezarın əmri ilə hazırlanan təqvimdə bir il 365 gün olaraq təyin olundu. Dörd ildən bir gün kimi bir neçə saat əlavə olunmağa başladı. Beləliklə, "sıçrayış ili" yarandı. Halbuki o dövrdə fevral ayı normal olaraq 29 gün, sıçrayış illərində isə 30 gün olurdu. Avqustda da 30 gün var idi. Tarixçilərin fikrincə, Roma İmperiyasının yeni başçısı olan və Yuli Sezar kimi önəmli şəxs olmağa çalışan Avqust uzun bir ayın onun adını daşımasını istəyirdi. Çünki Yuli Sezarın adını daşıyan iyul ayında 31 gün var idi. Bu səbəbdən də fevral ayı bir gün qısaldıldı və bununla da avqust ayına bir gün əlavə edildi.

"Sıçrayış ili" olmasaydı nə olardı?

Təqvimlərdə bu düzəliş edilməsəydi, fəsillər dəyişməyə başlayacaqdı. 700 illik bir dövrdə Şimal yarımkürəsində yay - iyun əvəzinə dekabrda başlayacaqdı. Bəzi mədəniyyətlərdə "sıçrayış ili" uğursuzluqla əlaqələndirilir. Yunanıstanda ənənəvi olaraq "sıçrayış ili"ndə evlənmək tövsiyə edilmir. Xüsusilə "sıçrayış ili"ndə, məhz fevralın 29-da bəzi insanlar evliliklərin boşanma ilə bitəcəyinə inanırlar. Bəzi şotlandlar hələ də fevralın 29-da doğuşun bədbəxtlik gətirəcəyinə inanırlar. Bəzi ölkələrdə isə həmin gündə doğulmaq, əksinə, uğurla əlaqələndirilir. Bəzi astronomlar hesab edirlər ki, doğum günü "sıçrayış günü"nə düşərsə, həmin doğulan şəxsdə xüsusi istedad olacaq. Fevralın 29-da dünyada təxminən 4,1 milyon insan doğulur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar