Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokuror həbsdə olan jurnalist Cəmil Məmmədliyə cəza istəyib

Həbsdə olan jurnalist Cəmil Məmmədli barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib...

APA-nın xəbərinə görə, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prosesdə dövlət ittihamçısı çıxış erdib. Prokuror Cəmil Məmmədlinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Qeyd edək ki, ötən il avqust ayında keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, müxtəlif üsullarla zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək onun həbs edilməsini istəyib. Məhkəmə vəsatəti əsaslı hesab edərək C.Məmmədli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edib.

Cəmil Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar