Avropa Birliyi ölkələri hələ də Rusiyanın silahda istifadə üçün sanksiya tətbiq edilmiş texnologiyaları əldə etməsinə mane olmaq üçün kifayət qədər iş görmür...
Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentlyinin araşdırmasında bildirilir.
Agentlik yazır ki, ötən ilin ilk doqquz ayında Aİ-dən Rusiyaya daxil olan 450 milyon avroluq yüksək prioritet malların demək olar ki, dörddə biri birbaşa Avropadan göndərilib. Adının açıqlanmasını istəməyən rəsminin sözlərinə görə, Rusiya mallarının qalan hissəsini üçüncü ölkələr vasitəsilə idxal edib.
Bloomberg qeyd edir ki, Aİ sanksiyalarından yayınmaq üçün ticarətlə məşğul olan ölkələr arasında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya və Çin, habelə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Ermənistan da var.
Bloomberg qeyd edir ki, münaqişə başlayandan bəri Aİ-nin Rusiya ilə bu cür mallarla birbaşa rəsmi ticarəti azalsa da, məlumatlar göstərir ki, bu malların Aİ-dən üçüncü ölkələrə ixracı artıb.
Poliqon.info