"Əgər indi hərəkətə keçməsək, Rusiya növbəti illərdə digər xalqlar üçün fəlakətlər yaradacaq, kəşfiyyat xidmətləri bundan xəbərdardır".
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
"Ukrayna Rusiyanın reallığı bulandırmağa çalışdığı və dünyanın, təəssüf ki, inandığı mifləri artıq darmadağın edib. Bunlardan biri, Rusiyanın istədiyi vaxt bir neçə gün və ya həftə ərzində başqa ölkəni ələ keçirə biləcəyi mifidir. Amma ukraynalılar 724 gündür ki, savaşır. 724 gün! 725 gün əvvəl bunun mümkün olduğuna inanardınızmı?", – Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna Rusiyanın bu ölkə haqqında uydurduğu daha bir mifi - “Ukrayna gerçək ölkə deyil” mifini məhv edib.
"Biz Rusiya silahlarının Qərb silahlarından bəzi üstünlüyü ilə bağlı mifi məhv etdik", - deyən Ukrayna lideri Rusiyanın İran və Şimali Koreyaya kömək üçün müraciət etdiyini diqqətə çatdırıb.
Poliqon.info