Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan Xronikası: “Həyat yoldaşım qucağında bir yaşlı uşaqla qar çovğununa düşdü”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib...

"Report" xəbər verir ki, “Xəstəxanada işləyirdim ermənilər məcburən ərizəmi aldılar ki, işdən azadsan” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Böyük Qaraqoyunlu kənd sakini Elçin Alməmmədovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərini xatırladıb, dağların ətəyində yerləşən kəndləri ilə bağlı maraqlı xatirələrindən söz açıb: “Uşaqlıq illərim çox gözəl və çox qəşəng keçib. Sinif yoldaşlarım, öz tay-tuşlarımla dağlarımızda gəzmişik. Kəndimiz çox səfalı yerdə yerləşib. Bizim kəndin tarixi abidəsi, tarixi yerləri çox olub, iki qəbiristanlıq, alban kilsəsi var idi”.

E.Alməmmədov kənddə müəllimlərin yaxşı təhsil verdiyini söyləyib: “A və B sinfində 60-a yaxın şagirdin 98 faizi ali və orta təhsilə yiyələnirdi. Orta məktəbi qurtarandan sonra bizi o vaxt İrəvan şəhərində institutda, texnikumda oxumağa qəbul etmirdilər. 1983-cü ildə Gəncə şəhərində Tibb Texnikumunu qurtarandan sonra Qaraqoyunlu kəndinə qayıtdım və orada Zod kəndində Psixi Xəstəxanada işlədim. Mənimlə bərabər başqa yoldaşlar da işləyirdi, azərbaycanlı uşaqlar işləyirdik. 1988-ci ildə xəstəxanada işlədiyimiz gün ermənilər tərəfindən bizim ərizəmiz alındı ki, siz işdən azadsınız. Dedilər ki, sizə burada yer yoxdur, sizin yeriniz Azərbaycandadır. Siz köçüb ora gedəcəksiniz, burada sizə yer yoxdur. Bizi öz dədə-baba yurdumuzdan didərgin saldılar. Əliyalın, pis vəziyyətdə 1988-ci ilin dekabr ayında Kəlbəcərə köç etdik. Bizi təkcə 1988-ci ildə yox, 1905, 1918, 1937, 1956 və 1967-ci ildə də köçürüblər. 1988-ci ildə yolda ölən, ayağını don vuran oldu”.

Onun sözlərinə görə, kənddən çıxanda yoldaşının qucağında uşaq qar çovğununa düşüb: “Kəlbəcərə, oradan Gəncəyə, oradan Şuşa şəhərinə və oradan yenidən Gəncəyə qayıtmışıq. Qaçqınlıq bizə çox ağır təsir edib, çox itkilər vermişik. Erməni vandalizmi nəticəsində 17 nəfərə yaxın itki vermişik. Qaçqınlıq həyatı çox çətindir”.

Vətənə qayıtmaq ümidini hələ itirmədiklərini vurğulayan E.Alməmmədov deyib ki, cənab Prezident 44 gün ərzində Qarabağı erməni vandalizmindən azad etdi: “Prezidentimə inanıram. Mən Vətənə ona görə qayıtmaq istəyirəm ki, uşaqlıq illərim Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində keçib. Göyçəyə ayaqyalın qaçaram. Çünki o bizim dədə-baba torpağımızdır. Əminəm ki, o torpaqlar alınacaq və biz o torpaqlara qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Ən çox oxunanalar