Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Ukrayna Silahlı Qüvvələri üçün təlim mərkəzi açmağı planlaşdırır

NATO ölkələri Ukrayna ordusunu Şimali Atlantika Alyansı ilə tam uyğunlaşdırmaq üçün Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzi açmağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti diplomatlara istinadən məlumat yayıb. Qəzet yazır ki, təşəbbüsün Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündə müzakirəsi planlaşdırılır.

Nəşrin yazdığına görə, layihə 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək NATO sammitində yekun təsdiqini ala bilər. Fevralın 14-15-də Brüsseldə baş tutan görüşdə maliyyələşmənin təfərrüatları və təlimə hansı təlimatçıların cəlb olunacağı müzakirə olunur. Xüsusən də, təlimatçıların yeni bazada daimi əsasda yerləşməsi və ya müəyyən müddətə mərkəzə göndərilməsi məsələsi həll edilir. Mərkəzin dəqiq harada yerləşəcəyi qeyd olunmayıb.

Qeyd edək ki, NATO-nun 2023-cü ilin yayında Vilnüsdə keçirilən sonuncu sammitində G7 ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verən bəyannamə imzalayıblar. Ümumi sənəddəki təminatlar arasında Ukraynanın müdafiə sənayesinin inkişafı, kəşfiyyat məlumatlarının mübadiləsi, müasir silahların, o cümlədən hava hücumundan müdafiə sistemləri, artilleriya, uzaq mənzilli silahlar, zirehli texnikanın ötürülməsi, habelə hərbi qüvvələrin təlimi daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Ən çox oxunanalar