Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş prokuror BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Baş prokuror Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb...

Bu barədə Poliqon-a Baş Prokurorluqdan məlumat verilib.

K.Əliyev Azərbaycanla BMT və onun qurumları arasında münasibətlərin yüksək səviyyədə olmasını bildirib.

Baş prokuror həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycanın sədrliyi çərçivəsində təşkil olunacaq COP29 kimi nüfuzlu beynəlxalq konfransın önəmindən və dünya dövlətlərinin üzləşdiyi qlobal ekoloji problemlərin həllinə töhfəsindən danışıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən Baş Prokurorluqla BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq və sair məsələlər ətrafında faydalı müzakirələr aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ən çox oxunanalar