Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda mal-qara dolu tövlə qəsdən yandırılıb

Fevralın 13-də Göyçay rayonunun Qarabağlar kəndi ərazisində kənd sakininə məxsus tövlənin, çardaq hissəsindəki ot bağlamalarının və içərisində olan 12 baş iribuynuzlu mal-qaranın yanaraq tələf olması barədə polis şöbəsinə məlumat daxil olub...

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ilkin araşdırma zamanı yanğının qəsdən törədildiyi və vətəndaşa ümumilikdə 58 min manata yaxın maddi ziyan dəydiyi müəyyən edilib.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, 1992-ci il təvəllüdlü Seymur Piriyev saxlanılıb. O, əməlini etiraf edib və əvvəllər şəxsi münasibətlər zəminində zərərçəkmişlə aralarında yaranmış narazılığa görə ona məxsus tövləni qəsdən yandırdığını bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ilə cinayət işi başlanıb, S.Piriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin də qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə mağazadan oğurluq etməkdə şübhəli bilinən Elçin İsgəndərov və Rövşən Zamanov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, əvvəllər həmin mağazada işləyən Elçin İsgəndərov tanışı Rövşən Zamanov ilə birlikdə son 2 ay ərzində bir neçə dəfə həmin obyektə daxil olaraq oradan ümumi dəyəri 9 min manatdan artıq olan tütün məmulatları və digər əşyaları oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.info


Etiket: tövlə yanğın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər - Yenilənib

Ən çox oxunanalar