Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyada ilk avtonom taksi xidməti istifadəyə veriləcək

Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” 2024-cü ilin yayından başlayaraq Daiba ərazisində sərnişinləri daşıyacaq avtonom taksi xidmətinə başlamaq niyyətindədir...

Sürücüsüz nəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarda bu məqsədlər üçün istifadəsi Yaponiyada ilk dəfə sınaqdan keçiriləcək.

Avtomobil istehsalçısı əvvəlcədən müəyyən edilmiş marşrut üzrə bölgənin qonaqlarına pulsuz nəqliyyat təmin etməyi planlaşdırır. Daşınma üçün xüsusi sensorlar, yol şəraitinin real vaxt rejimində monitorinqinə və təhlükəli vəziyyətlərin proqnozlaşdırılmasına imkan verən süni intellekt texnologiyası ilə təchiz edilmiş “Toyota Sienna” minivenindən istifadə olunacaq.

Qeyd edək ki, Tokio körfəzinin sahilində yerləşən Daiba ticarət və əyləncə rayonu, şəhərin turistik yerlərindən biri hesab olunur. Avtomobil Daiba küçələrində avtonom şəkildə hərəkət edə bilsə də, idarəetmə və təhlükəsizlik üçün içəridə bir sürücü olacaq. 2025-ci ildən etibarən xidmətin Tokionun mərkəzi ərazilərinə qədər genişlənəcəyi, həmçinin pullu olacağı planlaşdırılır.(oxu.az)

Poliqon.info


Etiket: avtonom taksi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Ən çox oxunanalar