Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada səfərbərlik – Prezident Radaya müraciət edib...

Zelenski hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında qanun layihələrini Radaya təqdim edib...

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında qanun layihələri təqdim edib.

Poliqon xəbər verir ki, sənədlər fevralın 5-də Ukrayna parlamentinin saytında dərc olunub.

Rada bu qanun layihələrini qeydiyyata alıb, lakin mətn və izahat qeydi hələlik saytda yoxdur.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və səfərbərlik fevralın 14-dək qüvvədədir, Zelenski bu müddəti daha 90 gün uzadılmaslını istəyir. Parlamentdə səsvermədən əvvəl layihələr müdafiə komitəsi tərəfindən təsdiqlənməlidir.

Ukraynada səfərbərlik proseduru ilə bağlı yeni qanun layihəsi yanvarın 30-da Ali Radaya təqdim edilib. Bu, xüsusi çağırış məntəqəsinə göndəriləcək elektron çağırış vərəqələrinin paylanmasını nəzərdə tutur, hərbi xidmətə cəlb olunanların hamısına çağırış vərəqəsi təqdim edilməlidir.

Bundan əlavə, hərbi qeydiyyat və çağırış idarəsinə gəlməyənlər üçün yeni tədbirlər, məsələn, hərbi xidmətdən yayınanların xaricə səyahətinə qadağa qoyulması, bank kartlarının və sürücülük vəsiqələrinin bloklanması kimi yeni tədbirlər nəzərdə tutulur.

Ukraynada hərbi vəziyyət 2022-ci ilin fevralından qüvvədədir. Eyni zamanda, Zelenski elə həmin vaxt ümumi səfərbərlik haqqında fərman imzalayıb. Sonralar Ali Rada öz qüvvəsini dəfələrlə uzadıb. 18-60 yaş arası kişilərin əksəriyyətinin ölkədən çıxışı qadağandır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar