Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağalıda səs verəcək ən yaşlı seçici məlum olub - Foto

Ağalı kəndində məntəqə üzrə ən yaşlı sakin 95 yaşlı Bənövşə Nuriyevadır...

Bunu “Report”un Zəngilan şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının azad edilən Ağalı kəndində yeni yaradılan 33 saylı seçki məntəqənin sədri Mübariz Fərhadov deyib.

Onun sözlərinə görə, Bənövşə xanım səhhəti ilə əlaqədar səsvermə zamanı səyyar xidmətdən istifadə edəcək.

M.Fərhadov bildirib ki, Zəngilanın Ağalı kəndində yerləşən məntəqədə 7 fevralda keçiriləcək seçkidə 1 206 nəfər seçici səs verəcək:

“Onlardan 605 nəfər Ağalı kəndinin sakinləri, digər seçicilər isə ətraf kəndlərə işləmək üçün gələn seçicilərdir”.
Məntəqədə veb-kameraların quraşdırıldığını və seçkinin tam şəffaf keçirilməsi üçün bütün şəraitin olduğunu deyən Mübariz Fərhadov əlavə edib ki, illərdir həsrətini çəkdiyimiz torpaqlara qayıtmaq çox qürurverici haldır:

“30 il keçməsinə baxmayaraq, Allah bizə öz yurdumuza qayıtmağı nəsib etdi. Ağalı camaatı yüksək əhvali-ruhiyyə ilə 7 fevralda keçiriləcək seçkilərə hazırlaşır və hər kəs səbirsizliklə öz namizədinə səs vermək üçün seçki gününü gözləyir”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar