Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ müstəqil Fələstin dövlətini tanımaq üçün şərti açıqlayıb

ABŞ Dövlət Departamenti Qəzzadakı qarşıdurmalardan sonra İsrailə təhlükəsizlik zəmanəti verən müstəqil Fələstin dövlətinin qurulmasının fəal şəkildə dəstəkləyəcəklərini bəyan edib...

Poliqon xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində Qəzzadakı son hadisələri və ABŞ-ın Fələstinlə bağlı siyasətini dəyərləndirib.

Miller Qəzzadakı qarşıdurmalardan sonra ABŞ administrasiyasının müstəqil Fələstin dövlətini tanımağa hazırlaşdığına dair iddialara cavab verib. ABŞ-ın uzun illərdir müstəqil Fələstin dövlətini tanımaq siyasəti olduğunu xatırladan Miller Bayden administrasiyasının da eyni siyasəti yürütdüyünü, lakin bölgədəki mövcud vəziyyətin və İsrailin təhlükəsizliyinin təmin olunmasını təmin etməli olduqlarını qeyd edib.

Miller hazırkı vəziyyətdə Fələstin dövlətinin tanınması üçün lazımi plan və variantları hazırlamağı daha fəal işlədiklərini, lakin konkret planları açıqlamayacağını bildirib.

"Biz Qəzzadəkı münaqişədən sonra İsrailə təhlükəsizlik zəmanəti ilə müstəqil Fələstin dövlətinin yaradılmasını davam etdirəcəyik, çünki bunun İsrail, Fələstinin və regionun təhlükəsizliyi və sülh üçün ən yaxşı yol olduğuna inanırıq", deyə rəsmi bildirib.

Miller Fələstinin tanınmasının "terrorçulara dəstək" demək olub-olmayacağı sualına belə cavab verib: "Bütün fələstinliləri terrorçu kimi görmək tamamilə yanlış fikir və cəfəngiyyatdır".

Sözçü əlavə edib ki, ABŞ dövlət katibi Entoni Blinken tezliklə yenidən bölgəyə gedə bilər və bu kontekstdə daimi sülh üçün bütün tərəflərlə danışıqlar aparacaq.

Bundan əvvəl Blinkenin Fələstinin dövlət kimi tanınması ilə bağlı Vaşinqton administrasiyası və beynəlxalq səviyyədə siyasət variantlarını araşdırmağı əmr etdiyi bildirildi. "Axios" xəbər saytına danışan iki amerikalı məmur məsələdən xəbərdar olduğunu qeyd edib və bildirib ki, Blinken İsrailin Qəzzaya hücumlarını dayandırdıqdan sonra Fələstin dövlətinin tanınması variantlarını nazirlik rəsmilərindən nəzərdən keçirməyi tələb edib.

"Axios"a danışan adı açıqlanmayan səlahiyyətlilər Blinkenin araşdırmaq istədiyi variantlar arasında "demilitarizasiya edilmiş Fələstin dövlətinin" olduğunu vurğulayıblar.

ABŞ rəsmilərindən biri deyib ki, Blinkenin silahsızlaşdırılmış Fələstin dövləti ilə bağlı ətraflı araşdırmasının məqsədi iki dövlətli həllin İsrailin təhlükəsizliyini təmin edəcək şəkildə necə həyata keçiriləcəyinə dair variantları araşdırmaqdır.

Poliqon.info


Etiket: ABŞ Fələstin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ən çox oxunanalar