Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa konsulu və ailəsi İstanbulda silahlıların hücumu zamanı kilsədə olub

Polşanın İstanbuldakı konsulu Vitold Lesniak ailəsi ilə birlikdə Katolik kilsəsinə silahlıların hücumu zamanı orada olub...

Poliqon xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti yazıb.

"Kilsəyə hücum zamanı Polşanın İstanbuldakı baş konsulu Vitold Lesnyak ailəsi ilə birlikdə orada olub", deyə nəşr qeyd edir.

Qəzetin yazdığına görə, silahlılar hücum üçün Polşa dövlət nömrə nişanlı EL 738FX olan "Hyundai" markalı avtomobildən istifadə ediblər və kilsəyə gedərkən təhlükəsizlik kameralarına düşüblər. "Dent-R" yazısı avtomobilin kapotunda görünür - bu stomatologiya üçün materialların mərkəzidir. Açıq mənbələrdən alınan məlumatlara əsasən, mərkəz Lodz şəhərində yerləşir.

"Maşın Türkiyəyə bir il əvvəl Polşadan gətirilib, bütün bu müddət ərzində istifadə olunmayıb. Xüsusilə terror aktı üçün gətirilib. Türkiyəyə avtomobil gətirən iki vətəndaşın (bir il əvvəl-red.) iki gün sonra Polşaya qayıtdığı məlum olub", deyə nəşr qeyd edir.

Yanvarın 28-də günorta saatlarında İstanbulun şimalında katolik kilsəsinə iki maskalı şəxsin silahlı hücumu nəticəsində Türkiyə vətəndaşı həlak olub. Media hücuma görə məsuliyyəti İŞİD terror qruplaşmasının üzərinə götürdüyünü yazıb. Həmin gün axşam saatlarında hücumda şübhəli bilinən iki nəfər saxlanılıb. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya bildirib ki, saxlanılanlardan biri Tacikistan, ikincisi isə Rusiya Federasiyası vətəndaşıdır. İstintaq çərçivəsində ümumilikdə 51 nəfər saxlanılıb, onlardan 23-ü Türkiyədən deportasiya olunacaq. Hücum zamanı bir nəfər həlak olub. Tuncer Cihan adlı həmin şəxsin qohumları bildiriblər ki, o, müsəlman olub və kilsəyə maraq üçün gedib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar