Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçu kurslarının növbəti buraxılışı olub - Video

Əlahiddə Ümumqoşun Orduda növbəti gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib...

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mərasimdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Polkovnik Mahmud Əmirov kurslar zamanı keçirilən məşğələlərdən danışıb və məzunları kursları uğurla başa vurmaları münasibətilə təbrik edib.

Məzunlar adından çıxış edən Şahin Cəfərov kursları əvvəl bitirən məzunlar kimi şərəflə xidmət edəcəklərinə, növbəti kurslarda iştirak edəcək gənclərə nümunə olacaqlarına söz verib.
Məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordu Komandanın müavini, general-mayor Məhəmməd Həsənov bildirib ki, bu gün dünyanın güclü orduları sırasında olan Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ili böyük uğurlarla başa vurub.

Qeyd olunub ki, 2024-cü ildə də ölkəmizdə ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsi, maddi-texniki bazanın inkişaf etdirilməsi, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması prioritet vəzifələr kimi müəyyənləşdirilib. Bu da hərbi qüdrətimizin daha da artmasına şərait yaradacaq. Əminliklə deyə bilərik ki, Əlahiddə Ümumqoşun Orduda da bu istiqamətdə tədbirlər həyata keçiriləcək, bundan sonra da muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi üçün lazımi addımlar atılacaq.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna önündən təntənəli keçid olub. Sonda xatirə şəkli çəkdirilib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Politoloq: Azərbaycan beynəlxalq hüququn yanında olan dövlət kimi Fransaya yaxşı dərs verir...

Ən çox oxunanalar