Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: Ermənistanın bu təklifi olduqca təhlükəlidir...

Ermənistanın xarici işlər naziri deyib ki, Bakı da öz konstitutsiyasında dəyişiklik edərsə və Ermənistana qarşı “gizli ərazi iddiasını” ortadan qaldırarsa, çox yaxşı olar...

Siyasi-şərhçi: “Hal-hazırda Ararat Mirzoyanın dediyi “Güzgü prinsipi”ni Ermənistan öz aləmində Azərbaycana qarşı istifadə edir”.

Ermənistanda belə bir qərar var. Qərara görə Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edən hər hansı bir beynəlxalq sənədə Ermənistan qoşula bilməz. Azərbaycan da həmin prinsipi nəzərdə tutaraq Qərbi Zəngəzur, Göyçə mahalı və başqa əraziləri Ermənistanın ərazisi kimi hesab edən beynəlxalq sənədlərə qoşula bilməz kimi qərar qəbul edə bilər”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Ermənistanın xarici işlər nazirinin “gizli ərazi iddiası” ifadəsini işlətməsini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbycanın İrəvandan konstitutsiya dəyişikliyini şərh edərkən deyib ki, Bakı da öz konstitutsiyasında dəyişiklik edərsə və Ermənistana qarşı “gizli ərazi iddiasını” ortadan qaldırarsa, çox yaxşı olar. Bundan əvvəl də Paşinyan da “gizli ərazi iddiası” ifadəsini işlətmişdi. Güman edilir ki, Paşinyan və Mirzoyan “gizli ərazi iddiası” deyərkən konstitutsiyada hazırkı Azərbaycan Respublikasının 1918-20-ci illərdə mövcud olan Azərbaycan Demokratik Respublikasının varisi olması ilə bağlı maddəni nəzərdə tuturlar.

Ermənistan rəhbərliyinin belə bir absurd tələblə çıxış etməsini necə şərh etmək olar? Digər tərəfdən, dünənə qədər Ermənistan tarixçiləri deyirdilər ki, Zəngəzur və Naxçıvan heç bir vaxt Azərbaycanın tərkibində olmayıb. O halda erməni düşərgəsində indi nə baş verir və Azərbaycana qarşı irəli sürülən bu tələb har hansı bir halda müzakirə mövzusu ola bilərmi?

Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü növbəti absurd tələbi Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Bu növbəti müharibə, növbəti münaqişə üçün bir zəmin yaradacaq”.

Ararat Mirzoyanın səsləndirirdiyi fikirlərin sülh prosesini dalana gətirib çıxara biləcəyini vurğulayan ekspert Poliqon-a bildirib ki, bu fikirlər Azərbaycanın “güzgü prinsipi”ndən istifadə edərək Ermənistanda olan qərarlara bənzər Milli Məclisin qərarlarının reallaşmasına gətirib çıxara bilər:

Ermənistan tərəfindən fərqli olaraq Azərbaycanda AXC dövrünə varis olmaq məsələsi heç vaxt olmayıb. Yəni müstəqillik dövründə qəbul olunan qanun və qərarlarla ərazi iddiasını nəzərdə tutan sənəd yoxdur. Ermənistanda isə var. Ermənistanda 1992-ci ildə Ali Sovetin iki qərar var və onların gündəlik fəaliyyətində bu öz əksini tapıb. Misal üçün Paşinyanın dövründə Ermənistanda qəbul olunan Milli Təhlükəsizlik Konsepsiyası var. Yəni konstitusiyada təsbit olunan iddiaya istinad olunur. Köçəryanın məhkəmə işləri olub, haradakı Qarabağ Ermənistanın ərazisi kimi göstərilib.

Hal-hazırda Ararat Mirzoyanın dediyi “Güzgü prinsipi”ni Ermənistan öz aləmində Azərbaycana qarşı istifadə edir. Necə ki, Azərbaycan onlara qarşı bundan istifadə edir. Onu deyim ki, Ararat Mirzoyanın səsləndirirdiyi fikirlər nəyinki sülh prosesini dalana gətirib çıxara bilər, Azərbaycanın “Güzgü prinsipi”ndən istifadə edərək Ermənistanda olan qərarlara bənzər Milli Məclisin qərarlarının reallaşmasına gətirib çıxara bilər.

Necə ki, Ermənistanda belə bir qərar var. Qərara görə Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edən hər hansı bir beynəlxalq sənədə Ermənistan qoşula bilməz. Azərbaycan da həmin prinsipi nəzərdə tutaraq Qərbi Zəngəzur, Göyçə mahalı və başqa əraziləri Ermənistanın ərazisi kimi hesab edən beynəlxalq sənədlərə qoşula bilməz kimi qərar qəbul edə bilər.

Onda bu növbəti müharibə, növbəti münaqişə üçün bir zəmin yaradacaq. Buna görə də, Ermənistanın bu təklifi olduqca təhlükəlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar