Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan Ukraynadan məhsulların idxalına qadağa qoyub

Macarıstan Avropa İttifaqı səviyyəsində müvafiq qərar qəbul olunana qədər Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub...

Poliqon xəbər verir ki, bunu Macarıstanın kənd təsərrüfatı naziri İştvan Naqi deyib.

Nazir həmçinin Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis ilə vəziyyəti müzakirə etdiyini, Macarıstan və Ukrayna arasında ikitərəfli sazişin bağlanmasına razılaşdığını bildirib. Naqi qeyd edib ki, Ukrayna taxılına sərhədlərin bağlanması məhkəmə çəkişmələrinə səbəb ola bilər, lakin macar fermerlərinin maraqları birinci yerdədir.

2023-cü il martın sonunda Ukrayna ilə sərhəddə yerləşən beş Avropa İttifaqı dövləti (Rumıniya, Bolqarıstan, Macarıstan, Polşa və Slovakiya) Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə müraciət edərək, Ukraynadan taxıl məhsullarının axını ilə yaranmış böhranın həllində kömək istəyib. Buna cavab olaraq, Avropa Komissiyası ittifaqın sərhədyanı dövlətlərində bu məhsullarla bağlı logistik çətinliklərin aradan qaldırılmasına yönəlmiş müvəqqəti məhdudlaşdırıcı tədbirlər görüb. Bu tədbirlər mayın 2-dən tətbiq edilib və sentyabrın 15-dək uzadılıb.

Bununla belə, sentyabrın 15-də Avropa Komissiyası Ukraynadan dörd növ kənd təsərrüfatı məhsulunun idxalına məhdudiyyətləri Aİ-nin bir neçə sərhəd ölkəsinə uzatmamaq qərarına gəlib, lakin Kiyevi ixraca nəzarət tədbirləri tətbiq etməyə məcbur edib. Buna cavab olaraq Slovakiya, Macarıstan və Polşanın hakimiyyət orqanları qadağanın birtərəfli qaydada uzadıldığını elan ediblər.

Macarıstan qadağanı milli əsasda uzadıb, qadağan olunmuş məhsulların siyahısına taxıl, ət, quş əti, yumurta, bal, tərəvəz və şərab daxil olmaqla 24 məhsul daxil edilib. Bununla bağlı Ukrayna ÜTT-yə şikayət edib. Buna cavab olaraq Aİ-nin üç ölkəsi Ukrayna taxılına dair koordinasiya platformasının iclaslarını boykot etmək niyyətində olduqlarını bəyan ediblər.

Polşa Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Robert Telus Ukraynanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayətini dayandırmamağı, əksinə geri götürməyi tələb edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar