Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstanlı professor: “Brüssel ölkələrin daxili işlərinə qarışır”

“Brüssel daim digər dövlətlərin daxili işlərinə qarışır və bu, həm Avropa İttifaqı (Aİ) üzvlərinə, həm də ondan kənarda olan və Aİ-yə daxil olmağı heç planlaşdırmayan ölkələrə aiddir”...

Bunu “Report”a Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, professor Vaşa Lazlo (Vasa László) deyib.

O bildirib ki, Aİ ölkələrinə gəldikdə, Brüssel administrasiyası müstəsna olaraq milli səlahiyyətlərə aid olan məsələlərə müdaxilə edir:

“Üçüncü ölkələrə münasibətdə, hətta bu ölkələr Aİ-yə üzv olmaq niyyətində olmasalar da, onunla yalnız tərəfdaşlıq və kommersiya münasibətləri saxlasalar da, tənqidlər müntəzəm olaraq ifadə edilir. Lakin bütün bunlar, adətən, siyasi müstəvidə özünü büruzə verir, çünki Qərbi Avropa şirkətləri beynəlxalq arenada tənqid hədəfi olsalar belə, ölkələrə investisiya qoymağa və bizneslə məşğul olmağa üstünlük verirlər”.

Professor qeyd edib ki, üçüncü ölkələrin daxili siyasətinin daimi tənqidi obyektiv olmaya bilər, çünki Aİ-yə üzv ölkələr arasında, xüsusən də məhkəmə sistemi məsələlərində çoxlu ziddiyyətlərə rast gəlmək olar.
Onun sözlərinə görə, bu yanaşma heç də həmişə düzgün olmur, ilk növbədə Aİ düzgün məlumat almalıdır ki, mühakimə yürüdə bilsin:

“Bir çox hallarda Aİ liderləri qeyri-dəqiq və əslində, heç də həqiqətə uyğun olmayan məlumatlar əsasında mühakimə olunur və tənqid edilirlər”.

“Fransaya gəlincə, bu ölkə AzərbaycanErmənistan arasında sülh danışıqlarında vasitəçi roluna uyğun deyil, çünki açıq-aydın Ermənistanın təkcə Avropada deyil, bütün dünyada dəstəkçisidir. Bu o deməkdir ki, o, qərəzsiz və obyektiv ola bilməz”, - V.Lazlo vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Ən çox oxunanalar