Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb sahibkar Azərbaycanda nadir quşları ovladı: Qanun qarşısında cavab verəcək - Foto

Xarici vətəndaşlardan biri Azərbaycanda adı “Qırmızı kitab”a salınan quşları ovlayıb...

Oxu.Az xəbər verir ki, bu barədə görüntüləri o, özünün “Instagram” platformasındakı hesabından paylaşıb.

Bir neçə gün öncə Belal Aldaas adlı şəxs öz sosial media hesabında adı “Qırmızı kitab”a düşən bəzgəklərin ovundan fotolar yerləşdirib. Həmin şəxsin restoranlar şəbəkəsi var.

Məsələ izləyicilər tərəfindən ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, xarici ölkə vətəndaşının Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş bəzgək quşlarını ovlaması ilə bağlı sosial şəbəkədə yayılan foto əsasında araşdırma aparılıb və onun Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas olduğu müəyyən edilib.

O qeyd edib ki, qanunsuz ov edən şəxsin əməlində cinayət tərkibi olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndəriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar