Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar təsdiqlənib

Karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar təsdiqlənib...

Poliqon xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyası “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydaların təsdiq edilməsi haqqında” qərar qəbul edib.

Qərara əsasən, bu qaydalar Azərbaycan ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması məqsədini daşıyır və respublikanın ərazisinə idxal edilən və ölkə ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar tələbləri müəyyənləşdirir.

Sənəddə bildirilir ki, Azərbaycan ərazisinə gətirilən karantin nəzarətində olan materiallar Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı”nda adları qeyd edilən orqanizmlərdən azad olmalı və bu qaydalara tabe tutulmalıdır.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nda qeyd edilən fitosanitar nəzarətinə aid olan mallar Azərbaycan ərazisinə idxal edilən zaman ixrac və ya təkrar ixrac edən ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş fitosanitar sertifikatla müşayiət olunmalıdır. İxrac və ya təkrar ixrac fitosanitar sertifikatları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 12 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın (“Fitosanitar Sertifikatlar”) tələblərinə uyğun, ingilis və ya rus dilində olmalıdır.

Bu Qaydalara cavab verən yüksək fitosanitar riskli karantin nəzarətində olan məhsulların (kəsilmiş güllər, habelə seleksiya və elmi-tədqiqat məqsədləri üçün gətirilən əkin və səpin materialları da daxil olmaqla) əl yükləri, beynəlxalq poçt daşımaları və daşıyıcı şirkətlər vasitəsilə idxalına yalnız həmin məhsullar ixrac edən ölkənin Bitki Mühafizəsi üzrə Milli Təşkilatı tərəfindən verilmiş ixrac fitosanitar sertifikatı ilə müşayiət edildiyi halda yol verilir. Azərbaycana hər hansı bir ölkədən ilk dəfə idxal ediləcək yeni bitki və bitkiçilik məhsulları üzrə zərərli orqanizmlərin fitosanitar risk təhlilinin nəticələrinə dair müvafiq arayışı (hesabatı) ixrac edən ölkənin Bitki Mühafizəsi üzrə Milli Təşkilatı tərəfindən AQTA-ya təqdim edilməli və dəyərləndirildikdən sonra daşıdığı risk məqbul olduğu halda idxalına icazə verilməlidir.

Azərbaycan ərazisinə idxal edilmiş karantin nəzarətində olan yük partiyalarında karantin tətbiq edilən canlı zərərli orqanizmlər və ya digər uyğunsuzluqlar aşkar olunduqda, məhsulun tara ilə birlikdə fitosanitar nəzarəti məntəqələrində və ya təyinat yerlərində zərərsizləşdirilməsi, seçilməsi və ya yenidən qablaşdırılması, digər məqsədlə istifadəsi üçün emala göndərilməsi, bunlar mümkün olmadığı halda isə idxalçının istəyi nəzərə alınmaqla geri qaytarılması və ya tara ilə birlikdə məhv edilməsi barədə Agentlik tərəfindən müvafiq Qərar qəbul olunur.

Sənədə əsasən, uyğunsuzluq aşkarlanmış karantin nəzarətində olan yük partiyasına münasibətdə həyata keçirilən tədbirlər hüquqi və fiziki şəxslərin (yük sahiblərinin) hesabına aparılır. Azərbaycan ərazisinə gətirilən çox dövriyyəli taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartının (“Beynəlxalq ticarətdə taxta qablaşdırma materiallarının tənzimlənməsi”) tələblərinə cavab verməlidir.

Sənəddə qeyd olunur ki, qablaşdırma materialı kimi karantin tətbiq edilən zərərli orqanizmlərin daşıyıcısı ola bilən ot-alaf, küləş, ağac yonqarı, yarpaq və oxşar bitki mənşəli materiallardan istifadə olunması qadağandır. Fitosanitar karantin ekspertizasının aparılması üçün nümunə götürülmüş fitosanitar nəzarətinə aid olan mallar yalnız ekspertiza rəyinin nəticələri müsbət olduğu halda istifadə edilə bilər. Ekspertiza başa çatana qədər məhsul ilkin qablaşdırma materialında və zərərli orqanizmlərin yayılması istisna ediləcək şəraitdə, digər yerlərə daşımamaq və realizə etməmək şərti ilə gömrük orqanları ilə razılaşdırmaqla, fitosanitar nəzarəti məntəqələrində, yaxud idxalatçıya məxsus və ya onun icarəsində olan digər anbarda saxlanıla bilər.

Ölkə ərazisinə idxal olunan qablaşdırılmış əkin və səpin materialları üzərində məhsulun adı, mənşə ölkəsi, istehsal yeri, istehsalçısı, genetik modifikasiyaya məruz qalmaması haqqında məlumatlar digər dillərlə yanaşı, Azərbaycan dilində də olmalıdır. Həmçinin kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazılarının və nişanlarının olması təmin edilməlidir.

Sənəddə əkin və səpin materialları üçün xüsusi, həmçinin tərəvəzlər və ərzaqlıq kartofa qoyulan fitosanitar karantin tələbləri, eyni zamanda taxıl, dənli paxlalı və yağlı bitkilərin dənləri və onların emal olunmuş məhsullarına, meyvə və giləmeyvələrə, buket hazırlamaq üçün yararlı və ya dekorativ məqsədlər üçün kəsilmiş budaqlara, güllərə və qönçələrə, eləcə də Azərbaycan ərazisinə idxal olunan digər karantin nəzarətində olan materiallara qoyulan fitosanitar tələblər və meşə materialları (taxta) üçün fitosanitar tələblər əksini tapıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar