Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vladimir Zelenski Estoniyanın paytaxtı Tallinə səfər edib

Ukrayna prezidenti Vladimir Zelenski Tallinə gəlib və orada prezident Karislə görüşəcək...

Poliqon xəbər verir ki. bu barədə “RİA Novosti” Agentliyi Estoniya prezidenti Alar Karisin ofisinə istinadən məlumat yayıb.

Estoniya mediası qeyd edib ki, Zelenski çərşənbə günü axşam saatlarında Vilnüsdən Tallinə uçub, lakin onun gəlişi cümə axşamı səhər elan edilib. Karisin mətbuat xidmətinin məlumatına görə, Ukrayna prezidenti ölkə rəsmiləri, o cümlədən parlamentin spikeri Lauri Hussar və Baş nazir Kaja Kallas ilə də görüşəcək.

“Zelenski Estoniya parlamentində də çıxış edəcək. Görüşlərdə Rusiya ilə müharibənin gələcəyi, Ukraynaya uzunmüddətli, daimi və effektiv dəstək barədə danışılacaq”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, bir gün əvvəl Zelenski Litvanın prezidenti Gitanas Nauseda, Baş nazir İnqrida Simonyte və Seymin spikeri Viktoriya Cmilyte-Nielsen, eləcə də digər siyasətçilər, jurnalistlər və Ukrayna ictimaiyyətinin nümayəndələri ilə danışıqlar aparmaq üçün Litvanın paytaxtı Vilnüsdə olub.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Zelenski ilə görüşə dəvət edilməyib və XİN rəhbəri qeyd edib ki, onun özünün bu qərarla heç bir əlaqəsi yoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar