Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya Rusiya qoşunlarının çıxarılması üçün Ermənistana maliyyə yardımı təklif edir

Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır, bu və digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi mümkün qədər İrəvanla Moskva arasında nifaq yaratmaqdır.

"Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında maraqlıdırlar və ölkə hakimiyyəti öz dövlət aparatını Rusiyaya dostluq edən şəxslərdən, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiyasından təmizləyir. Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməklə yanaşı, Nikol Paşinyan hökumətinin Qarabağ ermənilərini Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətdən qorumaq səylərinə dəstək vəd edir", deyə agentliyin həmsöhbəti qeyd edib.

Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a müsahibəsində demişdi ki, İrəvan Qərbin razılığına uyaraq Moskva ilə müttəfiqliyini "qeyri-müəyyən vədlər"lə dəyişməyə çalışır. Rusiyalı nazirin sözlərinə görə, İrəvan strateji dönüş kursuna haqq qazandırmaq üçün bütün bəlalarda, o cümlədən Qarabağın itirilməsində Rusiyanı günahlandırmağa çalışır. Bununla belə, Lavrov qeyd edir ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda strateji tərəfdaşı olub və olaraq qalır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Ən çox oxunanalar