Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 4 şəxsin imza vərəqələri MSK-ya təqdim olunub

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 4 şəxsin imza vərəqələri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

Poliqon-nun xəbərinə görə, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin imza vərəqələri tələb olunan sənədlərlə birlikdə MSK-ya təqdim edilib.

Xatırladaq ki, bundan əvvəl namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin imza vərəqələri seçki qurumuna təqdim olunmuşdu.

Qeyd edək ki, bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.

MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. YAP dekabrın 26-da İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə MSK-ya təqdim edib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiqlənib.

Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Poliqon.info 


Etiket: Seçki


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Bank kartlarına kiberhücumlar edərək külli miqdarda pulları ələ keçirən dəstə üzvləri həbs edilib

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Ən çox oxunanalar